2025-ci ilə qədər hər ikinci avtomobil qismən avtopilot sisteminə sahib olacaq

2025-ci ilə qədər hər ikinci avtomobil qismən avtopilot sisteminə sahib olacaq

Startup və Biznes
01.12.2022 PAYLAŞIM

    BloombergNEF mütəxəssisləri avtonom nəqliyyat növləri bazarını əhatə edən yeni tədqiqat aparıblar və aparılmış tədqiqat çərçivəsində onlar belə bir nəticəyə gəliblər ki, ləng inkişaf tempinə baxmayaraq bu bazar yaxın illərdə diqqət çəkəcək yüksəlişi sərgiləmək üçün yaxşı perspektivlərə sahibdir. Mütəxəssislərin fikirlərinə əsasən bu bazarın inkişaf tempini artıracaq əsas faktorlardan biri də avtonom şəkildə hərəkət edən taksilərin daha çox regionda istifadəyə verilməsini asanlaşdıran texnologiyaların inteqrasiyası olacaq. Mütəxəssislər tərəfindən aparılmış yeni tədqiqatda pilotsuz avtomobillərin istifadəsi ilə taksi servislərinin kommersiya məqsədli istifadələrinə start vermiş bəzi şirkətlərin adları qeyd edilib. Bu məsələdə ən böyük uğurları qazanmış şirkətlərdən biri də Waymo-dur. Sözügedən şirkət ABŞ-da öz pilotsuz taksi servisinin çalışdığı regionları tədricən genişləndirməyə davam edir. Həmçinin Cruise şirkətini də qeyd etmək lazımdır. Bu şirkət San Fransiskoda pilotsuz taksi servisini artıq istifadəyə verib.


    Çin bazarında eyni uğurlara Baidu şirkəti sahibdir. O, sərnişinlərin daşınması üçün nəzərdə tutulmuş pilotsuz avtomobilləri artıq Çinin bəzi şəhərlərində istifadə edir. BloombergNEF-in qiymətləndirməsinə əsasən sürücüyə yardım üzrə aparıcı sistemlərin qlobal bazarı 2030-cu ilə qədər 220 milyard dollara kimi böyüyəcək. Analitiklərin heablamalarına əsasən 2025-ci ilə qədər dünyada satılan bütün sərnişin avtomobillərinin ümumi həcminin 50%-ni ikinci səviyyəli avtopilot sisteminə sahib avtomobillər təşkil edəcəklər. Gözləntilərə əsasən ikinci səviyyəli avtopilot sisteminə sahib avtomobillərin satışlarının pik səviyyəsi 2028-ci ilə təsadüf edəcək. Belə ki, gözləntilərə əsasən 2028-ci ildə 53 milyon ədəd bu cür avtomobilin satışı reallaşdırılacaq. Üçüncü səviyyəli avtopilot sisteminə sahib avtomobillərə gəldikdə isə onların satışlarının pik səviyyəsinin 2033-cü ilə təsadüf edəcəyi gözlənilir.

    Analitiklərin hesablamalarına əsasən 2033-cü ildə üçüncü səviyyəli avtopilot sisteminə sahib avomobillərin satışlarının ümumi həcmi 50 milyon ədəd avtomobil təşkil edəcək. Həmin vaxta kimi dördüncü və beşinci səviyyəli avtopilot sisteminə sahib avtomobillər bazarın artıq az bir payını əldə edəcəklər. Lakin daha aşağı səviyyəli avtopilot sistemlərinin daha geniş yayılması öz növbəsində daha təkmilləşdirilmiş avtpilot sistemlərinin yaradılması üçün nəzərdə tutulmuş komponentlərin qiymətlərini aşağı salacaq. Buna görə də müəyyən müddətdən sonra dördüncü və beşinci səviyyəli avtopilot sisteminə sahib avtomobillər də məşhurlaşmağa başlayacaqlar

    Sürücüyə yardım sistemlərinin sistematik şəkildə yayılması öz növbəsində təchizatçılar üçün geniş bazarın yaranmasına gətirib çıxardacaq. BloombergNEF-in proqnozlarına əsasən 2026-cı ilə qədər ikinci səviyyəli avtopilot sistemlərinin satışlarının ümumi həcmi ildə 70 milyard dollar təşkil edəcək. Bu cür optimistik bəyanatlara baxmayaraq BloombergNEF-in fikrincə bu məsələdə istehsalçıların öz öhdəliklərini yerinə yetirməmələri və gözləntilərdən daha çoxunu söz vermələri onlara mənfi təsir göstərə bilərlər. Bu əsasən avtopilot üçün nəzərdə tutulmuş kritik vacib proqram təminatlarının hazırlanması sahəsini əhatə edə bilər. Məsələn avtopilot sisteminə sahib avtomobillər barəsindəki bəyanatları səbəbilə Tesla şirkəti ABŞ-da dövlət orqanları tərəfindən yoxlanılır. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple Google servislərini iOS-dən sıxışdırıb çıxartmaq niyyətindədir

Apple şirkəti öz mobil əməliyyat sistemini Google tərəfindən təqdim edilən funksiyalardan azad etmək..


Microsoft ChatGPT-nın yaradıcısı OpenAI şirkətinə milyardlarla dollar investisiy..

Microsoft rəsmi şəkildə elan edib ki, o, OpenAI şirkəti ilə uzunmüddətli əməkdaşlığını genişləndirir..


İrlandiya Meta şirkətini 400 milyon dollar dəyərində cərimələyib

İrlandiyanın məlumatların qorunması komissiyası Meta şirkətini 400 milyon dollar dəyərində cərimələy..


SpaceX şirkətinin bazar dəyəri 137 milyard dollara yüksəlib

Elon Musk-a məxsus olan SpaceX şirkəti özəl şirkət olaraq qalır. Buna görə də o öz maliyyə göstərici..


Elon Musk tarixdə 200 milyard dollar vəsait itirmiş ilk şəxs oldu

Elon Musk təəccübləndirməyə davam edir. 1 ildən bir qədər çox müddət bundan öncə Musk dünyanın ikinc..


Meta 2018-ci ildə baş vermiş Cambridge Analytica qalmaqalı səbəbilə 725 milyon d..

2018-ci ildə məlum olmuşdu ki, Meta şirkəti (həmin vaxtda şirkət adı Facebook) siyasi konsaltinq sah..

×