'Instagram bizə zərər verə bilər': Zuckerberg-in Instagram-ı alması üzrə müzakirə məktubları təqdim olunub

'Instagram bizə zərər verə bilər': Zuckerberg-in Instagram-ı alması üzrə müzakirə məktubları təqdim olunub

Startup və Biznes
30.07.2020 PAYLAŞIM

    Dünən ABŞ konqressində İT şirkətlərin rəhbərlərinin dinlənilməsi zamanı Facebok CEO-su Mark Zuckerberg-in köhnə məktublarından bir sıra hissələr təqdim olunub. Həmin hissələrdə Zuckerberg öz rəqiblərinin aradan qaldırılmasından danışr. Bu barədə The Verge saytı xəbər verib. 2012-ci ilin fevral ayında Mark Zuckerberg, Facebook-un maliyyə direktoru David Ebersman-a bazarın Path Instagram kimi kiçik təmsilçilərinin alınmasının müzakirəsini təklif etmişdi.

    “Bu şirkətlər yenicə ortaya çıxıblar, lakin brendlər artıq onlardan xəbərdardırlar. Əgər onlar böyüsələr bizə böyük zərər verə bilərlər. Bizim qiymətləndirməmizi və Facebook-un mobil platformalarda boşluğunu nəzərə alaraq onlardan birinin və ya hər ikisinin alınması barədə nə düşünürsən?” - deyə məktubda qeyd olunub.


    Ebersman isə öz növbəsində qeyd edilmiş şirkətlərin alınması üçün 4 səbəbi qeyd edib. Rəqibin aradan qaldırılması, onun təcrübəli əməkdaşlarının cəlb olunması, yeni servislərin əlavə edilməsi və Facebook-un təkmmilləşdirilməsi. Zuckerberg öz məktubundan əsasən qeyd edib ki, rəqibin alınması Facebook-a əlavə vaxt qazandırır.

Zuckerberg-in Ebersman-a olmuş məktublardan biri:

    “Hətta digər rəqiblərin ortaya çıxmaları halında Instagram, Path, Foursquare və digər kiçik təmsilçilərin alınması yeni ortaya çıxacaq rəqiblərin bizim səviyyəmizə çatmalarına kimi bizə 1 il və daha çox vaxt verə bilər” - deyə Zuckerberg öz məktubunda bildirib. Daha sonrakı məktubunda Zuckerberg bunu qeyd edib:

    “Mən, rəqabətə mane olmaq üçün onların alınmasını nəzərdə tutmurdum”. 2012-ci ilin aprel ayında Zuckerberg artıq Instagram ilə müqaviləni müzakirə edirdi. “Instagram hətta böyük şirkətə çevrilmədən də bizə zərər verə bilər” - deyə Zuckerberg öz məktubunda qeyd edib. ABŞ konqressində dinlənilmə zamanı konqresmen Jerry Nadler bildirib ki, sosial şəbəkə məşhur fotoservisi rəqib kimi görüb və onunla sağlam rəqabət aparmaq yerinə onu alıb.

    Bu isə bazarda antirəqabət halının olmasına sübutdur. Zuckerberg öz növbəsində qeyd edib ki, fotoservisin alınması sayəsində Instagram öz istifadəçi kütləsini artıra bilib. Qeyd etmək lazımdır ki, Facebook şirkəti Instagram-ı 2012-ci ildə 1 milyard dollara almışdı. 2018-ci ilin sentyabr ayında isə Instagram-ın yaradıcıları Kevin Systrom Mike Krieger şirkətdən ayrıldılar. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk barəsində yeni istintaqa start verilib

ABŞ-ın dəyərli kağızlar və birjalar üzrə komissiyası (SEC) Elon Musk-ın Dogecoin adlı kriptovalyuta ..


TikTok-un sahibi ABŞ-dakı məhkəmə prosesinin nizamlanması üçün təzminat ödəyəcək..

TikTok servisinin sahibi olan ByteDance şirkəti ABŞ-dakı kollektiv məhkəmə ittihamının nizamlanması ..


Huawei bu il smartfon istehsalını 2 dəfə azaldacaq

ABŞ sanksiyaları səbəbilə Huawei şirkətinin işlərinin heç də yaxşı getmədikləri sirr deyil. ..


ByteDance şirkəti TikTok-un ABŞ biznesinin satılmasından imtina edib

Çinin ByteDance şirkəti TikTok servisinin ABŞ biznesinin satılması planından imtina edib.


OnePlus həmtəsisçisinin yeni şirkəti Android-in yaradıcısının Essential smartfon..

OnePlus-ın yaradıcılarından biri olan və şirkəti artıq tərk etmiş Carl Pei keçən həftə özünün Nothin..


Böyük texnoloji şirkətlər Nvidia-nın ARM-i almasının ləğv edilməsini istəyirlər..

Keçən ilin sentyabr ayında Nvidia şirkəti dünyanın ən böyük mobil prosessor yaradıcısı olan ARM-i 40..

×