Intel rəhbərliyində ciddi dəyişiklik: Şirkətin general direktoru Bob Swan istefaya göndərilib.

Intel rəhbərliyində ciddi dəyişiklik: Şirkətin general direktoru Bob Swan istefaya göndərilib.

Startup və Biznes
14.01.2021 PAYLAŞIM

    Intel şirkəti general direktor Bob Swan-un istefasını elan edib. Şirkətin rəsmi məlumatına əsasən bu, 2020-ci ilin maliyyə nəticələri ilə bağlı deyil. Buna baxmayaraq şirkətin yeni CEO vəzifəsində 30 illik iş təcrübəsinə sahib keçmiş mühəndis çalışacaq. O, gələn aydan Intel-ə rəhbərlik edəcək. Bu barədə 4pda saytı xəbər verib. Qeyd etmək lazımdır ki, Bob Swan 2019-cu ilin yanvar ayında Intel-in general direktoru vəzifəsinə təyin olunmuşdu. Bloomberg-in məlumatına əsasən o, daimi şəkildə bu vəzifədə qalmağı planlaşdırmırdı. Daha əvvəllər Bob Swan 9 il ərzində eBay-in maliyyə direktoru vəzifəsində çalışıb. Intel-in CEO vəzifəsində isə ondan sonra Pat Gelsinger çalışacaq.

Pat Gelsinger:


    Daha əvvəllər o, Intel-in texnologiyalar şöbəsinə rəhbərlik edib və 2012-ci ildə VMware şirkətinin general direktoru olub. Öz karyerasına isə Gelsinger əfsanəvi Intel 80486 çipinin yaradıcılarından biri qismində start verib. Qeyd etmək lazımdır ki, 90-cı illərdə milyonlarla kompüter bu çip əsasında yaradılıb. Intel-in mətbuat bloquna əsasən general direktorun dəyişməsi sadəcə olaraq şirkət biznesindəki strateji dəyişikliklər ilə bağlıdır. Buna baxmayaraq analitiklər qeyd ediblər ki, son zamanlar Intel-in işləri heç də yaxşı getmir. Belə ki, şirkət daha nazik prosessorlara keçidi gecikdirir, Apple onun prosessorlarından imtina edib və bu da azmış kimi o öz məhsullarının istehsal prosesini autsorsinqə keçirdib. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Analitiklər: 'MediaTek mobil prosessorlar bazarında liderliyini qoruyacaq'

Counterpoint Research şirkətinin analitikləri mobil prosessorlar bazarını analiz edərək bu ilin pote..


Digər şirkətlərin şikayətləri nəticəsində NASA ilə SpaceX arasındakı Ay missiyas..

Bir sıra özəl aerokosmik şirkətin şikayətlərindən sonra NASA agentliyi Ay missiyası üçün nəzərdə tut..


Spotify-ın şikayətləri nəticəsində Apple 27 milyard dollar dəyərində cərimələnə ..

Avropa komissiyasının ilkin nəticəsinə əsasən Apple şirkəti öz App Store platformasının üstünlükləri..


Kaliforniya 2045-ci ilə kimi neft hasilatını tamamilə dayandıracaq

Kaliforniya qubernatoru Gavin Newsom 2045-ci ilə kimi öz ştatında neft hasilatının tamam qadağan edi..


Böyük Britaniya Nvidia ilə ARM Holdings arasındakı müqavilə barəsində istintaqa ..

Böyük Britaniya hökuməti Nvidia ilə ARM Holdings arasındakı müqavilə barəsində istintaqa start verib..


Telegram-ın bazar dəyəri IPO nəticəsində Whatsapp-dan daha yüksək ola bilər..

Telegram IPO keçirtməyə hazırlaşır. Bu, artıq yaxın illərdə baş verməlidir.

×