ABŞ hökuməti Facebook-a qarşı antimonopoliya ittihamı qaldırmağa hazırlaşır

ABŞ hökuməti Facebook-a qarşı antimonopoliya ittihamı qaldırmağa hazırlaşır

Startup və Biznes
09.12.2020 PAYLAŞIM

    40-dan çox general prokuror və ABŞ hökuməti Facebook-a qarşı antimonopoliya ittihamı qaldırmağa hazırlaşırlar. Məlumata əsasən bu artıq bugün baş verməlidir. Bu barədə The Washington Post xəbər verib. Məlumata əsasən ABŞ hökumətinin fikrincə Facebook bazardakı mövqelərini gücləndirmək üçün rəqiblərini “öldürür”. Məlumatda qeyd edilib ki, şirkətə qarşı məhkəmə iddiasının qaldırılması üzrə tarix dəyişə də bilər. Şikayətdə əsasən Facebook tərəfindən Instagram ilə Whatsapp-ın alınmasına baxılacaq. ABŞ hökumətinin fikrincə bu öz növbəsində Facebook şirkətini bazar liderinə çevirib və istifadəçiləri alternativ variantlardan məhrum edib.

Məhkəmə iddiasını qaldırmış tərəflər məhkəmədən Facebook-un öz biznesinin bir hissəsini satmağı və gələcək müqavilələr barəsində dövləti məlumatlandırmağı tələb edrlər.

    Ştatların prokurorları məhkəmə prosesini Federal ticarət komissiyası (FTC) ilə koordinasiya edir. FTC-nın istintaqı final mərhələdədir və o artıq bugün məhkəmə iddiasını qaldıra bilər. Facebook bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Qeyd etmək lazımdır ki, oktyabr ayında antimonopoliya üzrə məhkəmə komitəsi Facebook-u monopoliyada günahlandıran istintaq sənədini təqdim etmişdi. Sənəddə deyilir ki, rəqabətin olmaması səbəbilə Facebook-un keyfiyyəti dəfələrlə aşağı düşüb. Bu səbəbdən də istifadəçilərin konfidensiallıqları və məlumatların etibarlıqları zərər çəkiblər. ABŞ konqressində çıxışı zamanı Mark Zuckerberg bildirmişdi ki, Instagram ilə Whatsapp-ın alınması sosial şəbəkələrin keyfiyyətlərini yüsəldib. TikTok kimi sürətlə inkişaf edən sosial şəbəkələrin ortaya çıxması isə sağlam rəqabətin olduğundan xəbər verir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk SpaceX əməkdaşlarına şirkətin iflas riski ilə qarşılaşa biləcəyini açı..

Keçən həftənin sonunda Elon Musk SpaceX şirkətinin əməkdaşlarına elektron məktub göndərib və göndəri..


Twitter-in yaradıcısı Jack Dorsey şirkətin CEO vəzifəsindən ayrılıb

Dünən CNBC saytı xəbər verdi ki, Twitter-in yaradıcısı və CEO-su Jack Dorsey şirkətdən ayrılmaq qəra..


Hindistan öz regionunda Starlink-in fəaliyyətinə qadağa qoyub

Peyk interneti qəliz landşaftlı regionlarda internet problemini həll edə bilər.


App Store gəlirlərini yüksəltmək üçün Apple şirkəti Google-dan gizli reklam alır..

Ortaya çıxmış məlumata əsasən iOS-də olan məşhur tətbiqlərin irəli çəkilmələri və istifadəçilərin tə..


Apple şirkətinin yeni funksiyası səbəbilə sosial şəbəkələr milyardlarla dollar v..

Apple şirkəti Apple Tracking Transparency (ATT) adlı funksiyanı təqdim edəndən sonra böyük sosial şə..


Şirkət adının dəyişdirilməsi Meta-ya 20 milyon dollara başa gələ bilər..

Bir neçə müddət bundan öncə Facebook irimiqyaslı rebrendinq reallaşdırmışdı.

×