main-post-cover

    ABŞ hökuməti Huawei üçün mobil prosessorların istehsalına icazə verib

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    30.10.2020
    Emil Nəcəfov
        ABŞ hökuməti Huawei şirkətinə qarşı olan sanksiyalarını bir qədər sadələşdirib. Belə ki, hökumət Huawei ilə bir sıra əməkdaşlıqlara icazə verib. Verilmiş məlumata əsasən ABŞ hökuməti Huawei üçün mobil prosessorların istehsalına icazə verib. Lakin bir şərtlə ki, həmin prosessorlar 5G dəstəyini əldə etməməlidirlər. Bu barədə Financial Times saytı xəbər verib. Bu, Huawei üçün yaxşı xəbərdir. Belə ki, ABŞ sanksiyaları onu Qualcomm MediaTek prosessorları ilə yanaşı həmçinin fərdi Kirin prosessorlarından da məhrum edir. Çünki Kirin prosessorlarının istehsalı ilə TSMC şirkəti məşğul olurdu.
        TSMC isə Kirin prosesosrlarının istehsalında ABŞ texnologiyalarından istifadə edirdi. Buna görə də sentyabr ayının ortasından başlayaraq TSMC şirkəti Kirin prosessorlarının istehsalını dayandırmışdı. Bundan əlavə olaraq məlumata əsasən smartfon kameraları üçün təsvir ötürücülərinin hazırlanması ilə məşğul olan iki aparıcı şirkət Sony OmniVision da Huawei ilə əməkdaşlıq üçün icazə lisenziyasını əldə edib. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə Huawei ilə əməkdaşlıq üçün nəzərdə tutulmuş icazə lisenziyasını həmçinin Samsung Display şirkəti əldə etmişdi. 
    Linki kopyala