main-post-cover

    ABŞ-ın 38 ştatı tərəfindən Google şirkətinə qarşı antimonopoliya üzrə məhkəmə ittihamı qaldırılıb

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    18.12.2020
    Emil Nəcəfov
        ABŞ-ı 38 ştatı Google şirkətinə qarşı məhkəmə ittihamı qaldırıb. Şikayətdə qeyd edilib ki, Google öz axtarış servisini elə qurub ki, orda istifadəçiyə təqdim olunan Google servisləri rəqiblərin məhsullarından daha sərfəli görünsün. Bu barədə Vc.ru saytı xəbər verib. Qeyd etmək lazımdır ki, şirkət artıq monopoliya və internet reklamı bazarında Facebook ilə razılaşdırılmış anlaşma məsələlərində məhkəmə ittihamlarına sahibdir. Beləliklə bu yeni məhkəmə ittihamı bu il Google üçün üçüncü böyük məhkəmə ittihamıdır.
        Google şirkətinə qarşı qaldırılmış yeni məhkəmə ittihamına Kolorado ştatının general prokuroru və Nebraska ştatının general prokuroru rəhbərlik edirlər. Şikayət sənədinə əsasən Google öz axtarış nəticələrindən bəzi saytlar ilə servisləri sıxışdırıb çıxardır. Bundan əlavə olaraq məhkəmə ittihamını qaldırmış ştatlar düşünürlər ki, Google öz monopoliyasından istifadə edərək fərdi maraqlar üçün müştərilərinin konfidensial məlumatlarını da yığır. Sözügedən ştatlar Google şirkətinin qanunsuz rəftarını dayandırmağı və rəqabət prinsiplərinə əsaslanan bazarın bərpa olunmasını tələb edirlər. Onlar həmçinin Google şirkətinin rəqabət prinsiplərinə zidd olan əməllərlə əldə etdiyi istənilən üstünlüyə qarşı çıxırlar.
    Linki kopyala