main-post-cover

    ABŞ prezidenti Donald Trump, TikTok ilə Oracle əməkdaşlığına icazə verib

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    20.09.2020
    Farid Pardashunas
        ABŞ prezidenti Donald TrumpTikTok ilə Oracle arasındakı əməkdaşlığa icazə verib. Beləliklə Oracle şirkəti amerikalı TikTok istifadəçilərinin konfidensial məlumatlarını idarə edəcək. Bu barədə Bloomberg saytı xəbər verib. Oracle yeni TikTok Global şirkətinin səhmlərinin 12.5%-ni əldə etməyi planlaşdırır. Nəticədə ByteDance şirkətinin 100 milyon amerikalı TikTok istifadəçisinin məlumatlarını yığmamasında və onları Çin regionundakı serverlərinə ötürməməsində əmin olmaq üçün Oracle şirkəti servisin mənbə kodunu və yenilənmələrini tam şəkildə analiz edə bləcək. Bununla yanaşı TikTok bildirib ki, o, Walmart ilə kommersiya məqsədli əməkdaşlıq üzrə danışıqlar aparır.
        Məlumata əsasən Walmart yeni TikTok Global şirkətinin səhmlərinin 7.5%-ni almağı söz verib. Beləliklə Walmart-ın general direktoru TikTok Global şirkətinin direktorlar şurasına daxil olacaq. Direktorlar şurasında olan 5 yerdən 4-nü amerikalılar tutacaqlar. Müqavilə şərtlərinə əsasən ByteDance şirkəti TikTok aktivlərinin böyük bir hissəsini və servisin alqoritmi üzərindəki idarəetməni özündə saxlayacaq. Oracle və digər investorlar isə şirkətin minoritar payını əldə edəcəklər. İndi isə müqavilənin tam qüvvəyə minməsi üçün Çin hökumətinin rəsmi imzası olmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər