main-post-cover

    ABŞ prezidenti Joe Biden uşaqlara hədəflənmiş reklamları qadağan etmək istəyir

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    02.03.2022
    Farid Pardashunas
        ABŞ prezidenti Joe Biden ABŞ Konqressinə müraciəti çərçivəsində Facebook, TikTok və digər sosial şəbəkələrdə uşaqların təhlükəsizliklərinin yüksəldilməsinə hədəflənmiş yeni qanunların hazırlanmasını xahiş edib. Onun sözlərinə əsasən aşağı yaş kateqoriyasına daxil olan istifadəçilərə hədəflənmiş targetinq reklamını qadağan və şirkətlərdən uşaqlar barəsində məlumatların yığılmasını dayandırmağı tələb etmək lazımdır. Prezidentin fikrincə məşhur sosial şəbəkələr uşaqlara targetinq reklamını tətbiq edirlər. Biden-in sözlərinə əsasən bu cür prosesi “uşaqlar üzərində təcrübə” adlandırmaq lazımdır.
        ABŞ prezidenti şirkətlərə azyaşlı istifadəçilərin konfidensial məlumatlarını yüksək səviyyədə qorumaq və onlara targetinq edilmiş reklamları göstərməyi dayandırmaq göstərişini verib. Biden həmçinin qeyd edib ki, o, uşaqların sosial şəbəkələrdə təhlükəsizlikləri məsələsinin tədqiqatı ilə bağlı Ağ Evdən maliyyələşdirmə istəyəcək. Bundan əlavə olaraq o, sosial şəbəkələrin psixologiyaya təsirlərinin araşdırılması üçün gələn il dövlət büdcəsindən 5 milyon dollar vəsait ayıracaq. Bütün bu proseslərin əsas məqsədi uşaqların və yeniyetmələrin bu cür resurslardan istifadə təlimatının yaradılması olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər