main-post-cover

    ABŞ sanksiyaları səbəbilə 2 vacib şirkət Huawei ilə əməkdaşlığı dayandıracaq

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    10.09.2020
    Farid Pardashunas
        Huawei şirkətinin vəziyyəti heç düzəlmək bilmir. Məlum olub ki, ABŞ hökuməti tərəfindən təyin edilmiş sanksiyalar təkcə prosessorlar ilə Google şirkətinin Android əməliyyat sistemini deyil həmçinin Huawei smartfonları üçün vacib olan digər komponentləri də əhatə edir. 15 sentyabr tarixindən başlayaraq ABŞ hökuməti tərəfindən təyin edilmiş yeni sanksiyalar qüvvəyə minəcəklər. Qüvvəyə minəcək sanksiyalar isə Huawei şirkətinin digər şirkətlər ilə əməkdaşlıqlarını ciddi şəkildə məhdudlaşdırır.
        Bu abrədə XDA-Developers saytı xəbər verib. Beləliklə verilmiş məlumata əsasən 15 sentyabrdan sonra Samsung Display LG Display şirkətləri Huawei üçün ekran panellərinin istehsalını dayandıracaqlar. LG Display təmsilçiləri bildiriblər ki, sözügedən sanksiyalar şirkətə o qədər də təsir göstərməyəcək. Belə ki, LG Display şirkəti Huawei üçün az sayda ekran panellərinin istehsalı ilə məşğuldur. Lakin Samsung Display tərəfindən bu məsələyə fikir bildirməkdən imtina olunub.
        Qeyd etmək lazımdır ki, Huawei həmçinin Çinin BOE CSOT kimi ekran istehsalçıları ilə də əməkdaşlıq edir. Huawei ekran panellərindən əlavə olaraq həmçinin digər komponentlərdə də problem yaşaya bilər. Belə ki, məlumata əsasən 15 sentyabr tarixindən sonra Samsung və SK Hynix şirkətləri Huawei üçün yarımkeçirici məhsulların istehsalatını dayandıracaqlar. Söhbət əsasən DRAM NAND yaddaş çiplərindən gedir. Huawei bu məsələ ilə bağlı bir fikir bildirməyib. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər