Aerotaksi startaplarından biri öz uçan taksilər vasitəsilə uçuş qiymətini açıqlayıb

Aerotaksi startaplarından biri öz uçan taksilər vasitəsilə uçuş qiymətini açıqlayıb

Startup və Biznes
21.09.2020 PAYLAŞIM

    Almaniyanın Volocopter adlı aviasiya startapı dəfələrlə uçan taksi və hava üzrə yük daşımaları sahələrindəki maraqlı həll üsulları ilə ictimaiyyətin diqqətini çəkib. Bir neçə müddət bundan öncə isə sözügedən şirkətin təmsilçiləri uçan taksi servisi üçün biletlərin bronlaşdırılmasını və uçuşların hansı qiymətə başa gələcəyini elan etmişdi. Bu barədə The Verge saytı xəbər verib. Uçan taksilər sahəsi bir çox şirkətlərin və kiçik startapların diqqətlərini cəlb edir.

    Bu sahədə ilk startaplardan biri olan Lilium-dan başqa Toyota, Hyundai Uber kimi şirkətlər də aktiv şəkildə uçan taksilər üzrə öz həll yollarını hazırlayırlar. Bu sahə üzrə hazırlanan bütün layihələr hələ test mərhələsindədirlər. Bir çox şirkət öz şaquli qalxış və enişə sahib uçuş aparatlarının prototiplərini test edirlər. Almaniyanın Volocopter adlı startapı isə uçuşların kommersiyalaşdırılmasında ilk addımı atmaq qərarını verib. Belə ki, şirkət aerotaksi vasitəsilə uçuşlar üçün yerlərin bronlaşdırılmasını elan edib.


Bir uçuş üçün nəzərdə tutulmuş biletin qiyməti 300 avro (355$) dəyərində qiymətləndirilib.

    Bununla belə aerotaksi vasitəsilə uçuş sadəcə 15 dəqiqə çəkəcək. İlkin bronlaşdırmanın ümumi sayı isə 1000-i keçməyəcək. Biletləri əldə edənlərin bu aerotaksidən nə zaman istifadə edəcəkləri bilinmir. Məlumatda qeyd olunub ki, bu, layihənin kommersiya məqsədli istifadəsinə startın verilməsindən 12 ay sonra baş tutacaq. Layihənin isə 2-3 ildən sonra istifadəyə verilməsi planlaşdırılır. Qeyd etmək lazımdır ki, startapın uçuş aparatları aktiv şəkildə Sinqapur, Helsinki və Dubay kimi şəhərlərdə test edilir.

    Çox güman ki, kommersiya məqsədli uçuşlar Volocopter 2X adlı uçuş aparatı vasitəsilə reallaşdırılacaq. Bir nəfər sərnişin üçün nəzərdə tutulmuş bu uçuş aparatı 18 ədəd fırlanan pərdən ibarətdir. Bu cür aparatın uçuş məsafəsi hələ çox deyil. Belə ki, onun uçuş məsafəsi 27 km-dan çox deyil. Gözləntilərə əsasən şirkət öz əsas diqqətini bir təyinat nöqtəsindən digərinə sürətli uçuşlara ayıracaq. Qeyd etmək lazımdır ki, Volocopter artq 55.3 milyon dollar investisiya cəlb edib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple ilə sıx əməkdaşlıq: Google şirkətinə qarşı olan məhkəmə ittihamının yeni t..

20 oktyabr tarixində ABŞ-ın Ədliyyə Nazirliyi Google şirkətinə qarşı məhkəmə iddiası qaldırdı. Nazir..


Hegemonluğa son?: ABŞ-ın Ədliyyə Nazirliyi Google şirkətinə qarşı antimonopoliya..

Məhkəmə iddiasında qeyd olunub ki, şirkət axtarış sistemləri ilə rəqəmsal reklam sahələrində hegemon..


Təmiz enerjiyə keçid prosesi: 2030-cu ildən sonra neftə olan tələbat aşağı düşmə..

Beynəlxalq energetika agentliyinin analitiklərinin fikirlərinə əsasən koronavirus pandemiyası yaxın ..


Huawei şirkəti Honor brendinin bir hissəsini satmağı planlaşdırır

Bu ayın əvvəlində məşhur analitik Ming-Chi Kuo bildirmişdi ki, Huawei şirkəti özünün Honor brendini ..


ABŞ hökuməti Google-dan Chrome brauzeri ilə reklam biznesinin bir hissəsini satm..

ABŞ-ın ədliyyə nazirliyi və ştatların general prokurorları Google şirkətindən Chrome brauzerinin və ..


Huawei şirkəti Çinin ən bahalı şirkəti adına layiq görülüb

Çinin Hurun adlı nüfuzlu nəşriyyatı (ABŞ-dakı Forbes-un analoqu) Çindəki ən güclü elektronika istehs..

×