main-post-cover

    'Alibaba Group' tibbi startapa 40 milyon dollar investisiya yatırdı

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    18.10.2017
    Emil Nəcəfov
    Çinin texnoloji nəhənglərindən olan “Alibaba”, Asiyanın insan genomu ilə məşğul olan aparıcı startaplarından birinə investisiya yatırıb.
    Techniasia saytının verdiyi məlumata əsasən Prenetics adlı startapın növbəti investisiya raundunda “Alibaba” şirkəti 40 milyon dollar investisiya yatırıb. Prenetics adlı startap, insanın bəzi xəstəliklərini aşkar edən DNT testlərin hazırlanması ilə məşğuldur. Bununla paralel olaraq startap asiyalı şəxslərin DNT nümunələrini yığaraq onları incələyir. 2014-cü ildən bəri bu startap 200.000 DNT nümunəsi yığıb. Prenetics bildirib ki, startapın yarandığı gündən layihə tamamilə dəyişib.

    Əgər əvvəllər bu startap yalnız testlər təqdim edirdisə, indi bu tamamilə funksional rəqəmsal səhiyyə platformasıdır. Şirkətin bütün servisləri vahid bir mobil tətbiqdə birləşdirilib. Həmin tətbiq sayəsində istifadəçi özünün qida vərdişlərini izləyə və onların orqanizmə necə təsir etdiklərini görə bilər. Tətbiqdə isə həmçinin bütün genetik tədqiqatların nəticələri də daxildir. Məsələn, xərçəng və digər genetik xəstəliklərə meylliliyin səbəbləri kimi. Nəticədə belə alındı ki, ilk öncə insanların yalnız test verərək bir dəfə istifadə etdikləri tətbiq, sağlamlığın monitorinqi və məsləhətlərin verilməsi platformasına çevrildi.

    Testlərin əsasında tətbiq istifadəçiyə hansı qida məhsullarından istifadə etmək lazım olduğunu məsləhət görür. Nəticədə şirkət ilə müştəri arasında uzunmüddətli əməkdaşlıq yaranır. İnvestorların diqqətini çəkən də məhz bu özəllik olub. Startapın təsisçisi bildirib ki, o, ən ciddi xətəliklər halında belə, düzgün yanaşma sayəsində həyat keyfiyyətinin yaxşılaşdırılması anlayışını insanlara çatdırmaq istəyir. Şirkət bütün Asiya bazarında böyüməyi planlaşdırır. Beləliklə nəticədə o, Çin bazarına daxil ola biləcək. Asiya bazarından kənara çıxmaq haqqında şirkət hələki düşünmür.
    Linki kopyala