main-post-cover

    Analitiklər: 'MediaTek mobil prosessorlar bazarında liderliyini qoruyacaq'

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    05.05.2021
    Farid Pardashunas
        Counterpoint Research şirkətinin analitikləri mobil prosessorlar bazarını analiz edərək bu ilin potensial liderini təyin ediblər. Gözləntilərə əsasən yaxın zamanda MediaTek şirkəti istehsal olunan prosessor sayı məsələsində liderliyi əldə etmək və Qualcomm-u geridə qoymağa davam etmək üçün bütün şanslara sahibdir. MediaTek şirkəti büdcəli 5G prosessorlarının növlərini artırmaqla bu sahədəki payını genişləndirməyə nail ola bilib. Şirkət həmin prosessorların istehsalına hələ 2020-ci ilin əvvəlində start vermişdi. Beləliklə o, Qualcomm-u bu məsələdə yarım il qabaqlamışdı.
    İstehsal sayına görə prosessorların reytinqi:
        Bundan əlavə olaraq MediaTek-in uğurları siyahısında həmçinin müxtəlif qiymət göstəricilərinə sahib 5G prosessorların təklifi də var. Analitiklərin proqnozlarına əsasən MediaTek il yekunu üzrə mobil prosessor bazarının 37%-ni ələ keçirəcək. Şirkətin əsas üstünlüyü ondan ibarətdir ki, o, Texasın Ostin şəhərindəki Samsung zavodunda prosessor istehsalı üzrə heç bir məhdudiyyətə sahib deyil və onun aparıcı 6 nanometrlik texnoloji prosesi 5 nanometrlikdən heç də geri qalmır.
    Smartfonlar arasında məşhur olan prosessorların reytinqi:
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər