Analitiklər: Microsoft şirkəti Nokia brendini almağı düşünür
Tech-Biznes
Startup və Biznes
e-ticaret
06.10.2020
Farid Pardashunas
CSS Insight analitik şirkətinin mütəxəssisləri Nokia brendi üzrə gələn il üçün proqnozlarını veriblər. Onların fikirlərinə əsasən Nokia brendi gələn il ABŞ-ın böyük şirkəti tərəfindən alınacaq. Potensial alıcılar siyahısında həmçinin Microsoft da var. Lakin mütəxəssislər qeyd ediblər ki, bunun olacağı halda Windows vasitəsilə çalışan Nokia smartfonlarını gözləmək lazım deyil. Bu barədə Forbes saytı xəbər verib. Forbes-un verdiyi məlumata əsasən ABŞ-ın böyük texnoloji şirkətlərinin maraqlarını ən çox çəkən Nokia brendinin şəbəkə şöbəsidir.
Belə ki, Nokia-nın alınması Huawei şirkətinin 5G təchizatına alternativ variantın təqdim olunması imkanını yarada bilər. Keçən həftə Nokia brendi Britaniyanın ən böyük mobil operatorlarından olan BT-yə telekommunikasiya təchizatının satılması üzrə müqavilə bağlamışdı. Analitiklər qeyd ediblər ki, bu müqavilə ABŞ-dakı şirkətlərin diqqətlərini çəkə bilər. Bununla yanaşı analitiklər bildiriblər ki, əgər Microsoft həqiqətən də Nokia brendinin alınması barəsində düşünsə, o, Intel şirkəti ilə rəqabətə girməli olacaq. Belə ki, Intel də son vaxtlar 5G texnologiyalara böyük maraq göstərir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ