
Android-in yaradıcısı Andy Rubin-in Essential Phone layihəsi, 300 milyon dollar investisiya aldı
Startup və Biznes
09.08.2017
Emil
Android-in yaradıcısı Andy Rubin-in Essential adlı smartfon startapı, 300 milyon dollar investisiya alıb.

Qeyd etmək lazımdır ki, bu startap, eyniadlı smartfonun
hazırlanması ilə məşğuldur. Əslində yeni investisiya haqqında məlumat, mətbuatda
İyun ayından bəri var idi. Lakin Andy Rubin, yenicə bu məlumatı təsdiqləyib.
Bundan əlavə olaraq investisiyanı yatırmış investorların adları da məlum olub.
Bu siyahıda, “Amazon” şirkətinə məxsus Alexa Fund adlı fond və Çinin texnoloji
holdinqi “Tencent” kimi nümayəndələr var. Bundan əlavə olaraq şirkət qeyd edib
ki, Essential smartfonunun satış tərəfdaşları həmçinin Amazon və Best Buy
online servisləri olacaq. Smartfonun dəqiq çıxış tarixi bilinməsə də, şirkət
yaxın zaman ərzində bu məlumatı verəcəyini bildirib. Essential adlı smartfon,
Andy Rubin tərəfindən bu ilin May ayının sonunda təqdim edilmişdi. Smartfonun əsas
özəlliklərindən biri onun ön panelinin demək olar ki, çərçivəsiz ekrana,
korpusunun isə titan və keramikaya sahib olmasıdır. Şirkət bu smartfonu bir
neçə aksessuar ilə satışa təqdim edəcək. Onların arasında 360 dərəcəlik kamera
və şarj stansiyası olacaq. Essential Phone-nun qiyməti 699$ təşkil edəcək və
ilk mərhələdə ABŞ ilə Kanadada satışa çıxacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
