
'Apple' artırılmış və virtual reallıq startapını aldı
Startup və Biznes
22.11.2017
Emil
“Apple” özünün AR (Artırılmış Reallıq) cihazı üzərində çalışmaları üçün “Vrvana” şirkətinin komandasını işə götürüb.
Bu barədə Techcrunch saytı xəbər
verib. “Apple” bu şirkəti
30 milyon dollara alıb. Hər iki şirkətin təmsilçiləri bu barədə rəy bildirməkdən
imtina ediblər. Bununla belə “Vrvana” şirkətinin bir sıra əməkdaşları artıq
Monrealdan “Apple”ın Kaliforniyadakı ofisinə köçüblər. “Vrvana” 2005-ci ildə təsis
edilib və Totem adlı AR/VR cihazın üzərində çalışıb. Bu cihaz özündə artırılmış
və virtual reallıq eynəklərini birləşdirən hibrid cihazdır. O, istifadəçi
başının hərəkətlərini və virtual əşyalarla qarşılıqlı əlaqədə olmaq üçün əl hərəkətlərini
təyin edə bilir.

Bundan əlavə olaraq Totem 6DoF adlı təyin etmə sistemindən də
istifadə edir. Bu sistem sayəsində cihaz real zaman ərzində təchiz olunmuş
kameralar sayəsində fotolar çəkə və həmin fotoları cihaza yerləşdirilmiş OLED
ekrana ötürə bilir. “Vrvana”nın alınması bir daha sübut edir ki, “Apple” özünün
AR cihazını hazırlamaqla məşğuldur. Əgər sonuncu şaiyələrə inansaq, şirkət
smartfona və kompüterə qoşulmadan çalışacaq unikal cihaz hazırlamaqla məşğuldur.
Cihaz xüsusi olaraq onun üçün nəzərdə tutulmuş prosessor, ekran və rOS adlı
yeni əməliyyat sisteminə sahib olacaq.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
