main-post-cover

    Apple cihazlarına kənar mənbələrdən tətbiqləri yükləməyə imkan verəcək qanun layihəsi ABŞ Senatı tərəfindən təsdiqlənib

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    04.02.2022
    Farid Pardashunas
        ABŞ Senatının məhkəmə komitəsi böyük texnoloji şirkətlərin tətbiqlər mağazalarını nizamlamağa yönəlmiş yeni qanun layihəsini qəbul edib. Söhbət, Google Play Store Apple App Store mağazalarından gedir. Qanunvericilərin fikirlərinə əsasən sözügedən platformalar bazarı ciddi şəkildə idarə edirlər. Sözügedən yeni qanun layihəsi çərçivəsində proqram təminatının istifadəçilər arasında yayılması üçün nəzərdə tutulmuş böyük platformalara tərtibatçılardan özlərinin ödəniş sistemlərindən istifadə tələbi qadağan olunur. Qanunvericilərin fikirlərinə əsasən tərtibatçılar seçim imkanına sahib olmalıdırlar. Lakin yeni qanun layihəsinin vacib hissəsi ondan ibarətdir ki, o, Apple şirkətini öz cihazlarına kənar mənbələrdən tətbiqlərin yüklənməsinə icazənin verilməsinə məcbur edəcək.
        Bu cür addım sayəsində tərtibatçılar App Store platformasının 15-30%-lik komissiyalarından yan keçə biləcəklər. Lakin Apple şirkətinin sözlərinə əsasən bu cür addım istifadəçilərin konfidensiallıqlarını təhlükə altına atacaq. Qeyd etmək lazımdır ki, Google şirkəti Android cihazlarda öz Play Store platformasını irəli çəksə də, kənar mənbələrdən proqram təminatının yüklənməsini qadağan etmir. ABŞ-ın Demokratik partiyasından olan senator Richard Blumenthal bildirib ki, Apple və Google şirkətlərinin öz tətbiq mağazaları daxilindəki olan alış-verişlərdən əldə etdikləri 30%-lik komissiya onların monopoliya hakimiyyətinə sahib olduqlarının göstəricisidir.
        Yeni qanun layihəsi sayəsində tərtibatçılar öz müştəriləri ilə daha ucuz abunəliklər və xidmətlərin alternativ ödəniş üsulları mövzularında böyük platformalardan kənarda razılığa gələ biləcəklər. Məsələn bunun sayəsində tərtibatçılar öz tətbiqlərində alternativ ödəniş üsullarına olan linkləri yerləşdirə biləcəklər. Qeyd etmək lazımdır ki, bu məsələ Apple şirkəti üçün çox ciddidir. Belə ki, App Store platforması şirkətin əsas gəlir mənbələrindən biridir. Məlumata əsasən 2021-ci ildə Apple sözügedən platforma üzərindən 68.4 milyard dollar mənfəət əldə edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər