main-post-cover

    Apple işçilərin işdən azad olunduqları zaman onların vəzifələrini daha aşağı vəzifələr ilə əvəz edir

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    13.02.2022
    Farid Pardashunas
        Apple şirkətinin keçmiş əməkdaşları şirkətin əmək kitapçaları ilə bağlı manipulyasiyalarından danışıblar. Belə ki, hər hansısa əməkdaş Apple şirkətindəki işindən azad olunandan sonra onun azad olunan zaman sahib olduğu vəzifəsi daha aşağı vəzifə ilə əvəz edilir. Apple şirkətinin keçmiş əməkdaşlarının sözlərinə əsasən bu öz növbəsində onların növbəti məşğulluq fəaliyyətlərində çətinliklər yaradır. Sözügedən problem ilə bağlı məlumatı The Washington Post təqdim edib. Apple şirkətinin keçmiş əməkdaşlarının vəzifələrini işdən azad edilən zaman daha aşağı vəzifə ilə əvəz etməsi probleminə əsas diqqəti şirkətin keçmiş əməkdaşı olan Cher Scarlett yönəldib. Belə ki, o bu məsələ ilə bağlı ABŞ Dəyərli Kağızlar və Birjalar Komissiyasına (SEC) müraciət edib.
        Cher Scarlett bildirib ki, Apple şirkətində çalışdığı zaman o, proqramçı-mühəndis vəzifəsində çalışırdı. Lakin işdən azad olunan zaman onun vəzifəsi kiçik əməkdaş vəzifəsinə dəyişdirilib. Bir çox hallarda vəzifə adının yanına həmçinin Associate sözü əlavə edilir. Bu isə köməkçi kimi qəbul edilir. Məlumatda qeyd edilib ki, bu cür praktika Apple şirkətindəki işindən azad edilən istənilən şəxs üzərində tətbiq edilir və bu zaman həmin şəxsin tutmuş olduğu vəzifəsi nəzərə alınmır. Eyni praktika həmçinin məzuniyyətə yollanan əməkdaşlar üçün də tətbiq edilir.
        Cher Scarlett bildirib ki, bu hadisədən sonra o, növbəti məşğulluq məsələsində problemlər yaşayıb. Belə ki, potensial işəgötürən onun CV-ni uzun müddət ərzində analiz edib və nəticədə iş təklifindən imtina edib. Apple şirkətinin təmsilçisi Josh Rosenstock bildirib ki, Apple həqiqətən də öz əməkdaşlarının işdən ayrılmaları zamanı onların vəzifələrini daha aşağı vəzifələr ilə əvəz etmək praktikasını reallaşdırır. Lakin Rosenstock şirkətin bunu nəyə görə etdiyi barəsində dəqiq bir məlumat verməyib. Apple şirkətinin keçmiş əməkdaşlarının hüquqşünasları Apple şirkətinin həmin şəxslər barəsindəki davranışlarının nə dərəcədə qanuni olduqlarını analiz edirlər. Hüquqşünaslardan birinin sözlərinə əsasən bu cür praktika Apple şirkətinin keçmiş əməkdaşlarının iqtisadi maraqlarına zərər yetirir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər