Logo
    main-post-cover

    'Apple' naqilsiz şarj texnologiyaları hazırlayan startapı aldı

    Startup və Biznes
    25.10.2017
    Emil
    “Apple” naqilsiz şarj sistemləri hazırlayan PowerbyProxi adlı startapı alıb.
    Bu barədə AppleInsider saytı xəbər verir. Bağlanmış müqavilənin maliyyə tərəfi haqqında heç bir məlumat verilmir. Şirkətin baş vitse-prezidenti Dan Riccio bu müqaviləni əla əlavə kimi qeyd edib. Belə ki, şirkət naqilsiz gələcəyi yaratmaq ilə məşğuldur. Məlumata əsasən bu müqavilə “Apple”ın, yeni iPhone 8, iPhone 8 PlusiPhone X modelləri üçün Qi standartlı naqilsiz şarjı aktiv etdikdən sonra bağlanıb. Çox güman ki, bu startapın texnologiyaları vasitəsilə şirkət iPad MacBook kimi öz digər məhsulları üçün də naqilsiz şarj sistemi yarada biləcək.

    PowerbyProxi startapı 2007-ci ildə Yeni Zelandiyada təsis edilmişdi. Startap, cihazların fiziki enerji mənbəyinə qoşulmadan şarj olunması texnologiyalarını yaratmaqla məşğuldur. Sözügedən müqavilənin bağlanmasından sonra “Apple” bu startapa öz məhsullarını müstəqil şəkildə satmağa icazə verib-verməyəcəyi məlum deyil. Adətən bu şirkət tərəfindən alınmış startaplar öz məhsul istehsallarını dayandıraraq tamamilə şirkətin məhsullarında öz diqqətlərini cəmləyirlər. Lakin buna baxmayaraq istisnalar da mövcuddur. Buna misal olaraq “Beats” şirkətini gətirmək olar. 2013-cü ildə “Apple”ın onu 3 milyard dollara almasına baxmayaraq şirkət hələ də öz məhsullarını müstəqil şəkildə satır.
    Paylaş
    Bənzər xəbərlər