Apple şirkəti cavan ifaçıların inkişaf etdirilməsi ilə məşğul olan Platoon adlı startapı aldı

Apple şirkəti cavan ifaçıların inkişaf etdirilməsi ilə məşğul olan Platoon adlı startapı aldı

Startup və Biznes
08.12.2018 PAYLAŞIM

    Apple şirkəti cavan ifaçıların inkişaf etdirilməsi sahəsində fəaliyyət göstərən Platoon adlı startapı aldı. Maraqlısı ondadır ki, bu startapın təsisçilərindən biri Apple şirkətinin keçmiş əməkdaşıdır. Platoon startapı 2016-cı ildə Denzyl FeigelsonSaul Klein tərəfindən təsis edilib. Şirkət ABŞ-da və İngiltərədə cavan ifaçıların inkişaf etdirilməsi ilə məşğul olur. Platoon şirkəti sayəsində bir sıra cavan ifaçılar nəticədə Universal Sony şirkətləri ilə müqavilələr bağlayıblar. Apple şirkətinin bu startapı hansı qiymətə aldığı barəsində məlumat verilmir. Lakin məlumdur ki, Denzyl Feigelson şirkətin rəhbəri vəzifəsində çalışmağa davam edəcək. Şirkət 12 işçidən ibarətdir.

Sol tərəfdə Saul Klein, sağ tərəfdə isə Denzyl Feigelson əks olunub:

Bənzər xəbər



    Məlumata əsasən iPhone istehsalçısının Platoon-u alması Platoon-nun orijinal musiqi və vizual kontent hazırlanması sahəsinin inkişafın təsvirinin daha da inkişaf etdirilməsində şirkətə əlavə resurslar verəcək. Şirkətin Platoon-u nəyə görə alması bilinmir. Çox güman ki, şirkət Platoon-u özünün cavan musiqiçilərin axtarılması layihəsinə inteqrasiya etmək istəyir. Qeyd etmək lazımdır ki, bu ilin oktyabr ayında şirkət Asaii adlı platformanı almışdı. Bu platforma machine learning texnologiyası sayəsində cavan musiqiçilərin axtarılması üzrə fəaliyyət göstərir.

    Qeyd etmək lazımdır ki, Denzyl Feigelson 2002-ci ildə bəri Apple-da çalışırdı. O ilk öncə Apple şirkətinin xüsusi layihələri ilə məşğul olurdu. Daha sonra Feigelson iTunes komandasına qoşuldu. Feigelson həmçinin Londonda keçirilmiş iTunes Festival tədbirinin təşkilatçılığında da iştirak edib. Bir sıra məlumata əsasən o, Steve Jobs-un etibar etdiyi şəxslərdən biri olub. Saul Klein isə daha öncə LoveFilm layihəsinin həmtəsisçisi olub. Bu layihə elektron poçt vasitəsilə DVD icarəsi və videoların canlı yayımı sahəsində çalışırdı. Lakin 2011-ci ildə Amazon şirkəti bu layihəni aldı və onu indi hamının tanıdığı Prime Video servisinə çevirdi.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Hindistan öz regionunda Starlink-in fəaliyyətinə qadağa qoyub

Peyk interneti qəliz landşaftlı regionlarda internet problemini həll edə bilər.


App Store gəlirlərini yüksəltmək üçün Apple şirkəti Google-dan gizli reklam alır..

Ortaya çıxmış məlumata əsasən iOS-də olan məşhur tətbiqlərin irəli çəkilmələri və istifadəçilərin tə..


Apple şirkətinin yeni funksiyası səbəbilə sosial şəbəkələr milyardlarla dollar v..

Apple şirkəti Apple Tracking Transparency (ATT) adlı funksiyanı təqdim edəndən sonra böyük sosial şə..


Şirkət adının dəyişdirilməsi Meta-ya 20 milyon dollara başa gələ bilər..

Bir neçə müddət bundan öncə Facebook irimiqyaslı rebrendinq reallaşdırmışdı.


Blue Origin şirkəti NASA-ya qarşı qaldırmış olduğu məhkəmə iddiasını uduzub..

Jeff Bezos-un Blue Origin aerokosmik şirkəti NASA-ya qarşı məhkəmə prosesini uduzub.


Xiaomi növbəti 3 il ərzində smartfon bazarının lideri olmağı hədəfləyib..

ABŞ sanksiyaları səbəbilə Huawei şirkəti smartfon bazarında öz mövqeyini itirməyə başlayandan sonra ..

×