Logo
    main-post-cover

    Apple şirkəti Facebook-a App Store barəsində həqiqəti danışmağı qadağan edib

    Startup və Biznes
    28.08.2020
    Emil
        Görünür, Telegram Epic Games-dən sonra Facebook da Apple şirkətinə qarşı çıxmaq qərarını alıb. Belə ki, Facebook təmsilçiləri bildiriblər ki, Apple şirkəti özündə Apple komissiyaları barəsində xüsusi bildirişi birləşdirmiş Facebook yenilənməsini App Store mağazasına əlavə etməyib. Bu barədə Reuters saytı xəbər verib. Facebook bildirib ki, tətbiq yenilənməsinin daxilində Apple şirkətinin 30%-lik komissiya bildirişi var idi və buna görə də şirkət onu App Store platformasına əlavə etməkdən imtina edib.
        Sözügedən bildiriş istifadəçinin tətbiq daxilində yeni alış-veriş bölməsindən istifadəsi zamanı ortaya çıxmalı idi. Nəticədə Facebook öz tətbiqinin yenilənməsindən bu xüsusi bildirişi çıxartmalı olub. Apple şirkəti isə öz növbəsində App Store qaydalarına istinad verərək qeyd edib ki, qaydalara əsasən tətbiq tərtibatçılarına tətbiq daxilində vacib olmayan məlumatların göstərilməsi qadağandır. 
    Paylaş
    Bənzər xəbərlər