Apple şirkəti iPhone istifadəçilərini aldatmaqda günahlandırılaraq külli miqdarda cərimələnib

Apple şirkəti iPhone istifadəçilərini aldatmaqda günahlandırılaraq külli miqdarda cərimələnib

Startup və Biznes
01.12.2020 PAYLAŞIM

    iPhone 7-dən başlayaraq Apple şirkəti öz smatfonlarını suya qarşı dözümlü edir. Beləliklə şirkət öz smartfonlarının su ilə əlaqəsi zamanı onların yüksək dözümlüklərinə zəmanət verir. Məlum olub ki, bu üsul ilə şirkət öz istifadəçilərini aldadır. Hər halda İtaliyanın antimonopoliya xidməti bu cür düşünərək Apple şirkətini cərimələyib. Bu barədə 4pda saytı xəbər verib. Apple şirkətinin rəsmi saytında olan məlumata əsasən iPhone 12 iPhone 12 mini modelləri sudan, tozdan qorunma özəlliyinə sahibdirlər və bu smartfonlar xüsusi laboratoriya şəraitində test ediliblər.

Smartfonlar IP68 standartına sahibdirlər və 30 dəqiqə ərzində 6 metr dərinlikdə qala bilirlər.

    İldən-ilə Apple öz smartfonlarında düşüşə və suya dözümlülüyü daha yüksək səviyyəyə yüksəldir. Məsələn Apple şirkətinin rəsmi saytında olan məlumata əsasən iPhone 12 seriyasının modelləri 30 dəqiqə ərzində 6 metr dərinlikdə qala bilirlər. Lakin İtaliyanın antimonopoliya xidmətinin fikrincə bu üsulla Apple şirkəti öz istifadəçilərini aldadır. Belə ki, antimonopoliya xidmətinin fikrincə şirkət heç yerdə smartfonların bu özəlliklərinin yalnız xüsusi şəraitlərdə çalışdığını qeyd etməyib. Xüsusi şərait dedikdə isə tamamilə təmiz suyun olduğu laboratoriya testləri nəzərdə tutulur. Lakin gündəlik istifadə şərtləri bura daxil deyillər.


    Antimonopoliya xidmətinin verdiyi bəyanat iPhone 8, iPhoen 8 Plus, iPhone XR, iPhone XS, iPhoen XS Max, iPhone 11, iPhone 11 Pro iPhone 11 Pro Max modellərini əhatə edir. Bundan əlavə olaraq Apple daha bir məsələdə də günahlandırılır. Belə ki, şirkətin öz smartfonlarına təqdim etdiyi zəmanət onların sudan əldə etdikləri zərəri əhatə etmir. Hesabatda qeyd edilib ki, bu cür qərar da həmçinin istifadəçilərin fikirlərini səhv istiqamətə yönləndirir. Bütün bu bəyanatlardan sonra İtaliyanın antimonopoliya xidməti Apple Distribution International ilə Apple Italia-nı 10 milyon avro dəyərində cərimələyib. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk SpaceX əməkdaşlarına şirkətin iflas riski ilə qarşılaşa biləcəyini açı..

Keçən həftənin sonunda Elon Musk SpaceX şirkətinin əməkdaşlarına elektron məktub göndərib və göndəri..


Twitter-in yaradıcısı Jack Dorsey şirkətin CEO vəzifəsindən ayrılıb

Dünən CNBC saytı xəbər verdi ki, Twitter-in yaradıcısı və CEO-su Jack Dorsey şirkətdən ayrılmaq qəra..


Hindistan öz regionunda Starlink-in fəaliyyətinə qadağa qoyub

Peyk interneti qəliz landşaftlı regionlarda internet problemini həll edə bilər.


App Store gəlirlərini yüksəltmək üçün Apple şirkəti Google-dan gizli reklam alır..

Ortaya çıxmış məlumata əsasən iOS-də olan məşhur tətbiqlərin irəli çəkilmələri və istifadəçilərin tə..


Apple şirkətinin yeni funksiyası səbəbilə sosial şəbəkələr milyardlarla dollar v..

Apple şirkəti Apple Tracking Transparency (ATT) adlı funksiyanı təqdim edəndən sonra böyük sosial şə..


Şirkət adının dəyişdirilməsi Meta-ya 20 milyon dollara başa gələ bilər..

Bir neçə müddət bundan öncə Facebook irimiqyaslı rebrendinq reallaşdırmışdı.

×