
Apple şirkəti öz cihazlarında Google Search-ə görə Google-dan nə qədər vəsait əldə edir?
Startup və Biznes
Tech-Biznes
12.10.2023
Emil Noisy
ABŞ Ədliyyə Nazirliyinin antimonopoliya mövzusunda Google şirkətinə qarşı qaldırmış olduğu məhkəmə iddiasına Apple şirkətinin təsirinin analizi çərçivəsində Bernstein şirkətinin analitikləri Google Search axtarış sisteminin Apple cihazlarında əsas axtarış sistemi kimi qalmasının Google şirkətinə hansı qiymətə başa gəldiyini təyin ediblər. ABŞ Ədliyyə Nazirliyi ilə Google arasında davam edən məhkəmə prosesində əsas marağı Apple şirkətinin “İnformasiya xidmətləri üzrə razılaşma” (ISA) çərçivəsində əldə etdiyi ödənişlər oyadır.
Analitiklərin sözlərinə əsasən Google Search axtarış sisteminin Apple cihazlarında standart axtarış sistemi kimi qalması üçün Google Apple şirkətinə hər il 18-20 milyard dollar vəsait ödəmiş ola bilər. Bu isə Apple şirkətinin illik əməliyyat gəlirinin 15%-ni təşkil edir. “Biz hesab edirik ki, federal məhkəmələrin Apple və Google arasında olan bu müqaviləyə xitam vermələri ehtimalı var” - deyə Bernstein analitikləri qeyd ediblər.
Linki kopyala
Həftənin xəbərləri

