main-post-cover

    Apple şirkəti Samsung-a 1 milyard dollara yaxın təzminat ödəyib: Səbəb nədir?

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    14.07.2020
    Farid Pardashunas
        Display Supply Chain şirkətinin analitikləri Samsung şirkətinin son aylar üzrə əldə etdiyi gəliri araşdıran zaman aşkar ediblər ki, o bu ilin ikinci rübündə Apple şirkətindən 950 milyon dollar vəsait əldə edib. Maraqlısı ondadır ki, bu vəsait Apple üçün istehsal edilmiş məhsullara görə ödənilməyib. Bu, daha öncədən iki şirkət arasında bağlanmış əməkdaşlıq sazişinin şərtlərini yerinə yetirməmiş Apple tərəfindən ödənilmiş təzminatdır. Bu barədə Macrumors saytı xəbər verib.
        Məlumata əsasən bu cür yüksək məbləğdə təzminatın ödənilməsinin əsas səbəbi ondadır ki, Apple şirkəti Samsung-dan planlaşdırılmış sayda OLED ekranları almayıb. Nəticədə öz öhdəliklərini yerinə yetirməmiş Apple şirkəti Samsung-a 950 milyon dollar təzminat ödəyib. Əvvəlcədən planlaşdırılmış sayda OLED ekranların alınmamasının səbəbini analitiklər iPhone modellərinin satışlarının aşağı düşməsi ilə əlaqələndirirlər. Belə ki, Apple şirkətinin ABŞ və digər ölkələr üzrə olan bir çox mağazaları koronavirus pandemiyası səbəbilə bağlanmalı oldular. Bu ilin üçüncü rübü üzrə gəlirləri Apple şirkəti 30 iyul tarxində təqdim etməlidir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər