main-post-cover

    Apple şirkətinin elektromobil istehsalı məsələsində Hyundai ilə danışıqları dayandırdığı bildirilib

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    08.02.2021
    Farid Pardashunas
        Son günlərdə Apple şirkətinin ilk elektromobili barəsində bir çox məlumat ortaya çıxıb. Ortaya çıxmış məlumatlarda əsasən qeyd olunurdu ki, Apple elektromobil istehsalı məsələsində Hyundai Kia Motors şirkətləri ilə danışıqlar aparır. Yeni məlumata əsasən isə Apple sözügedən şirkətlər ilə danışıqları dayandırıb. Danışıqların hansı səbəbə görə dayandırıldığı məlum deyil. Bu barədə Bloomberg saytı xəbər verib. Bununla belə Bloomberg-in verdiyi məlumatda qeyd edilib ki, Apple elektromobil istehsalı məsələsində digər istehsalçılar ilə də danışıqlar aparır. Qeyd etmək lazımdır ki, Apple şirkətinin 2024-cü ildə elektromobili satışa çıxartmaq planı barəsində ilk məlumatı Reuters saytı vermişdi.
        Məlumatda qeyd edilmişdi ki, şirkət bu layihə üzərində 2014-ci ildən çalışır. Keçən ay isə məlum olmuşdu ki, Apple bu məsələdə Hyundai ilə danışıqlar aparır. Bununla yanaşı Apple şirkəti elektromobil barədə məlumatların internetə sızdırılmasından məyus olduğu bildirilir. Belə ki, şirkət hər dəfə öz vacib məhsulları barəsində məlumatları gizlədir. Hyundai və Kia ilə danışıqların bərpa olub-olmayacağı bilinmir. Dünyada yalnız bir neçə istehsalçı avtomobil istehsalı üçün lazımi resurslara və istehsalat gücünə sahibdir. Həmin istehsalçıların Apple ilə əməkdaşlıqda nə dərəcə maraqlı olduqları isə məlum deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər