main-post-cover

    Apple şirkətinin fərdi tətbiqləri öncədən iPhone-lara quraşdırmasına qadağa qoyula bilər

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    17.06.2021
    Emil Nəcəfov
        Bloomberg-in verdiyi məlumata əsasən ABŞ hökuməti Apple şirkətinə fərdi tətbiqlərə sahib smartfonların satışını reallaşdırmağı qadağan edəcək qanun layihəsi üzərində çalışır. Bunun yerinə şirkət öz istifadəçilərinə kənar tərtibatçılardan alternativ variantlar təklif etməli olacaq. Verilmiş məlumata əsasən hazırlanan qanun layihəsi qəbul edilərsə, Apple şirkəti iOS daxilində olan Notes, Calendar, Dictaphone, Messages və s. kimi tətbiqləri silmək imkanını məcbur təqdim etməli olacaq. Bu halda standart şəkildə hansı tətbiqdən istifadə etmək lazım olduğunu istifadəçi özü seçəcək. Yeni qanun layihəsini hazırlayan siyasətçilərin təklifinə əsasən mütəmadi şəkildə istifadə olunacaq standart tətbiqlərin seçimi cihazın ilkin ayarlanması zamanı baş tutacaq.
        “Funksionallıqları Apple tətbiqləri ilə eyni olan digər variantların yüklənməsində çətin bir şey yoxdur. Beləcə Apple bazardakı üstünlüklərindən istifadə edərək öz məhsulları ilə xidmətlərini irəli çəkməzdi. Apple şirkəti hansı tətbiqin istifadəsinin, hansının isə silinməsinin lazım olması üzrə seçimi istehlakçıya təqdim etməlidir” - deyə ABŞ Demokratik Partiyasının təmsilçilərindən biri qeyd edib. Bir çox mütəxəssislərin fikirlərinə əsasən qanunvericilikdə bu cür dəyişikliklər istehlakçı üçün iPhone-nun ilkin ayarlanması prosesini daha da qəlizləşdirə bilər. Apple bu məsələyə hələ heç bir fikir bildirməyib.
    Linki kopyala