main-post-cover

    Apple Tim Cook-un yeni CEO ilə əvəzlənməsinə dair detallı plana sahibdir

    Startup və Biznes
    21.11.2023
    Emil Nəcəfov
         Apple şirkətinin CEO-su Tim Cook yeni müsahibələrindən birində bildirib ki, şirkət onun kimlə əvəz edilməsi və yeni CEO-nun nə zaman şirkətə gəlməsi ilə bağlı detallı plana sahibdir. Lakin Cook-un sözlərinə əsasən o hələ Apple-dan ayrılmaq niyyətində deyil. O, etiraf edib ki, Apple-dan nə zaman ayrılacağı barəsində bir fikirə sahib deyil. “Mənim burda çalışmaqdan xoşum gəlir. Mən öz həyatımı Apple-da olmadan təsəvvür edə bilmirəm. Buna görə də hələ müəyyən müddət ərzində mən burda olacağam” - deyə Cook qeyd edib. Ona Apple-da CEO-nun əvəzlənməsi ilə bağlı detallı planın olub olmadığı sualı veriləndə Cook belə cavab verib.
         “Biz, yeni CEO-nun seçilməsi planı üzərində çalışmağa inanan bir şirkətik. Buna görə də bizim bu mövzu ilə bağlı detallı planımız var” - deyə Cook əlavə edib. Tim Cook-a onun şirkətin növbəti CEO-nun adını açıqlaya bilib-bilmədiyi sualı verilib. O isə öz növbəsində bu suala belə cavab verib. “Mən konkret ad çəkə bilmərəm. Lakin deyə bilərəm ki, mənim işim bir neçə nəfərə uğur qazanma bacarığını aşılamaqdan ibarətdir. Mənim rolum bundadır. Bir neçə namizədi hazırlamaq. Daha sonra isə direktorlar şurası namizədlər arasından uyğun gələni seçir”.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iPhone 16 Pro batareyasının ilk fotoları ortaya çıxıb
    iphone-16-pro-batareyasinin-ilk-fotolari-ortaya-cixib
    Apple Vision Pro-nun konkret satış müddəti açıqlanıb
    apple-vision-pro-nun-konkret-satis-muddeti-aciqlanib
    iPhone 16 və iPhone 16 Plus ekranları 60 Hz-lik təsvir yenilənməsinə sahib olacaqlar
    iphone-16-ve-iphone-16-plus-ekranlari-60-hz-lik-tesvir-yenilenmesine-sahib-olacaqlar
    Apple bir qədər fərqli dizayna sahib birinci nəsil Watch Ultra-nın prototipini test edirmiş
    apple-bir-qeder-ferqli-dizayna-sahib-birinci-nesil-watch-ultra-nin-prototipini-test-edirmis
    Apple 2027-ci ilə qədər 9 cihazını OLED ekranla təmin edəcək
    apple-2027-ci-ile