main-post-cover

    Arrivo adlı hyperloop startapı öz fəaliyyətini dayandırdı

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    17.12.2018
    Emil Nəcəfov
        Arrivo adlı hyperloop startapının bağlanmasını, yüksək sürətli nəqliyyat texnologiyasının krizisə uğramasının ilk işarəsi kimi qiymətləndirmək olar. Startap əməkdaşlarının sözlərinə görə bu layihə nəticə etibarilə investorların diqqətlərini cəlb edə bilmədi. Bir sıra mütəxəssislərin fikrincə Arrivo-nun uğursuzluğunun digər səbəblərindən biri də layihənin təsisçisi Brogan BamBrogan-ın heç də yaxşı olmayan nüfuzu ilə əlaqəlidir. O, Hyperloop One layihəsinin yaradıcılarından biri idi.
        Qeyd etmək lazımdır ki, Hyperloop One vakuum qatar nəqliyyatının hazırlanmasında iki aparıcı şirkətdən biridir. Lakin BamBrogan ilə layihənin digər yaradıcıları arasında münaqişə yarandı və BamBrogan onları məhkəməyə verdi. Onun əməkdaşları isə BamBrogan-ı texnologiyaların oğurlanmasında və beləliklə biznesin çökməsi üçün edilmiş səylər üzrə ittiham etdilər. Nəticədə Hyperloop One startapını britaniyalı milyarder Richard Branson aldı. BamBrogan isə 2017-ci ildə özünün Arrivo adlı hyperloop startapını təsis etdi. İndi isə Verge saytının verdiyi məlumata əsasən Arrivo layihəsinin bir çox əməkdaşları artıq işdən azad ediliblər. BamBrogan-ın biznes üzrə iki əməkdaşı da layihədən ayrılıb.
        Məlumata əsasən bütün bunlar əsas investisiya raundunda uğursuzluqla bağlıdır. Qeyd etmək lazımdır ki, Virgin HyperloopHyperloop Transportation Technologies şirkətlərindən fərqli olaraq Arrivo layihəsi Elon Musk-ın yeraltı tunellər layihəsini xatırladan bir sistem yaratmağı planlaşdırırdı. Layihənin planına əsasən sistemdə yük və sərnişin platformaları maqnit levitasiyası texnologiyası sayəsində saatda 320 km sürətlə hərəkət etməli idilər. Beləliklə BamBrogan-ın layihəsi Loop adlı nəqliyyat növünə əsaslanırdı. Həmin nəqliyyat növü isə vakuum tuneldə deyil adi tuneldə hərəkət edir.
        Bundan əlavə olaraq Arrivo bu il Kolorado ştatında ilk test tunelinin inşa edilməsi üzrə planlarını da elan etmişdi. Lakin həmin test tunelinin inşasına nəticədə start verilmədi. Bundan əlavə olaraq Çinin Genertec adlı dövlət korporasiyasının müəssisələrindən birinin Arrivo-ya 1 milyard dollar dəyərində vəsaitin ayırması xəbəri də şişirdilibmiş. Belə ki, həmin məsələdə dövlət korporasiyası layihə üçün sadəcə olaraq kreditlərin əldə olunmasında yardımçı olacağına söz vermişdi. Beləliklə Arrivo layihəsinin bağlanmasını investorların vaxt ikən Elon Musk tərəfindən təklif edilmiş nəqliyyat növü texnologiyasına maraqlarının itməsi kimi qiymətləndirmək olar. Bu sahədə çalışan heç bir startap bu cür nəqliyyat növünün yaradılması üzrə danışıq və tələbələr üçün olan konkurslardan o tərəfə keçməyib. Yəni hər şey hələki sözdə və kağız üzərindədir.
    Linki kopyala