Logo
    main-post-cover

    Artırılmış reallıq sahəsində çalışan və hələki öz cihazını göstərməyən Magic Leap adlı startap 502 milyon dollar investisiya aldı (VİDEO)

    Startup və Biznes
    18.10.2017
    Emil
    Sözügedən şirkət artıq 1.5 milyard dollardan çox investisiya alıb, lakin hələ də öz məhsulunu təqdim etməyib.
    Artırılmış reallıq cihazı haızrlayan “Magic Leap” adlı şirkət daha 502 milyon dollar investisiyanın cəlb olunduğunu elan edib. D investisiya raundunda bu dəfə Sinqapurun vençur fondu Temasek, EDBI fondu, Braziliyanın media holdinqi Grupo GloboJanus Henderson Investors iştirak ediblər. Sözügedən investisiya raundunda həmçinin şirkətin hal hazırki investorları da iştirak ediblər. Onların siyahısında Alibaba Group”, “Google”, “JP Morgan Investment Management”, “Fidelity Management & Research Company” və T. Rowe Price şirkətləri var.

    D seriyasının investisiya raundunun şərtləri haqqında məlumatları “Magic Leap” şirkəti açıqlamayıb. Məlumata əsasən şirkət hər birinin qiyməti 27$-dan 37 milyon səhm sataraq 1 milyard dollar investisiya cəlb etməyi planlaşdırır. 2010-cu ildə təsis edilməsindən bəri şirkət sonuncu investisiya raundu da daixl olmaqla ümumilikdə 1.9 milyard dollar investisiya almışdır. Bununla belə şirkət hələ indiyənə kimi öz məhsulunu təqdim etməyib. O yalnız hər dəfə qeyd edir ki, startap, Microsoft HoloLens, Oculus RiftHTC Vive ilə rəqabət apara biləcək artırılmış reallıq cihazı üzərində çalışır. Keçən ay Bloomberg bildirmişdi ki, “Magic Leap” növbəti 6 ay ərzində cihazların ilk partiyasını bir sıra istifadəçi qrupuna göndərməlidir. Məlumata əsasən bu şirkət tərəfindən hazırlanan artırılmış reallıq eynəklərinin qiyməti 1500-2000$ təşkil edəcək.

    Paylaş
    Bənzər xəbərlər