Avropa Birliyi istifadəçilər üçün böyük texnoloji şirkətlərdən daha şəffaf reklam siyasəti tələb edəcək

Avropa Birliyi istifadəçilər üçün böyük texnoloji şirkətlərdən daha şəffaf reklam siyasəti tələb edəcək

Startup və Biznes
14.12.2020 PAYLAŞIM

    Avropa Birliyi yeni qanun layihəsi hazırlayıb və həmin qanun layihəsi FacebookAmazon kimi böyük texnoloji şirkətlərin internetin idarəsi məsələsində bütün məsuliyyəti öz üzərlərinə götürməyə məcbur edir. Əks halda Avropa Birliyi həmin şirkətləri illik gəlirin 6%-i qədər cərimələyəcək. Bu barədə Financial Times xəbər verib. Cərimənin miqdarı şirkət tərəfindən olacaq pozuntunun nə dərəcədə ciddi olacağından və pozuntunun neçə dəfə təkrarlancağından asılı olacaq.

    Yeni qanun layihəsinə əsasən böyük texnoloji şirkətlər siyahısına 45 milyondan çox istifadəçi kütləsinə sahib platformaları özündə birləşdirən şirkətlərdən gedir. Bu isə Avropa Birliyi vətəndaşlarının 10%-i deməkdir. Sözügedən şirkətlərin böyük hissəsi ABŞ-da yerləşir. Bu həftə təqdim olunacaq sənəddə bu cür şirkətlərə qarşı bir sıra tələblər qeyd olunub.


- Onlar Amazon-dakı satıcılar kimi kənar partnyorlarını yoxlamalı olacaqlar

- Onlar qanun çərçivəsinə daxil olmayan kontent ilə necə mübarizə apardıqları üzrə məlumatları hökumətlər və tədqiqatçılar ilə bölüşməli olacaqlar

- Onlar öz reklam siyasətlərini daha şəffaf etməli olacaqlar. Belə ki, həmin şirkətlər öz istifadəçilərinə tam aydın şəkildə bildirməli olacaqlar ki, istifadəçilər bu və ya digər anda reklam kontenti izləyirlər, reklam kontentinin sifarişçisi kimdir və nəyə görə göstərilən reklam kontenti bu və ya digər istifadəçiyə yönəlib.

    Bundan əlavə olaraq böyük texnoloji şirkətlər normativ tələblərin yerinə yetirilməsinə nəzarət üçün bir və ya bir neçə əməkdaşı işə cəlb etməlidirlər. Qeyd etmək lazımdır ki, bu, böyük platformaların iş proseslərinə yenidən nəzarət üzrə son 20 ildə ilk böyük addımdır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk SpaceX əməkdaşlarına şirkətin iflas riski ilə qarşılaşa biləcəyini açı..

Keçən həftənin sonunda Elon Musk SpaceX şirkətinin əməkdaşlarına elektron məktub göndərib və göndəri..


Twitter-in yaradıcısı Jack Dorsey şirkətin CEO vəzifəsindən ayrılıb

Dünən CNBC saytı xəbər verdi ki, Twitter-in yaradıcısı və CEO-su Jack Dorsey şirkətdən ayrılmaq qəra..


Hindistan öz regionunda Starlink-in fəaliyyətinə qadağa qoyub

Peyk interneti qəliz landşaftlı regionlarda internet problemini həll edə bilər.


App Store gəlirlərini yüksəltmək üçün Apple şirkəti Google-dan gizli reklam alır..

Ortaya çıxmış məlumata əsasən iOS-də olan məşhur tətbiqlərin irəli çəkilmələri və istifadəçilərin tə..


Apple şirkətinin yeni funksiyası səbəbilə sosial şəbəkələr milyardlarla dollar v..

Apple şirkəti Apple Tracking Transparency (ATT) adlı funksiyanı təqdim edəndən sonra böyük sosial şə..


Şirkət adının dəyişdirilməsi Meta-ya 20 milyon dollara başa gələ bilər..

Bir neçə müddət bundan öncə Facebook irimiqyaslı rebrendinq reallaşdırmışdı.

×