main-post-cover

    Avropada fəaliyyət göstərən VR startaplar sahəsində böyük partlayış

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    02.08.2017
    Farid Pardashunas

    Virtual texnologiyalar bazarında işlərin necə getdiyi barəsində yeni hesabatda ("Venture Reality Fund" ilə “LucidWeb” şirkətlərinin birlikdə hazırladığı hesabat), Avropa ərazisində VR sahədə çalışan 487 şirkətdən bəhs olunur.

    Müqayisə üçün qeyd etmək lazımdır ki, bu ilin Fevral ayında təqdim olunmuş hesabatda bu göstərici, 300 startap idi. Beləliklə Avropa birliyində virtual reallıq sahəsinə olan tələbat getdikcə artır. VR startaplar bütün kontinent boyu yayılıblar. Tədqiqat nəticəsində məlum olub ki, bu startaplardan 46-sı İngiltərədə, 29-u Fransada, 19-u İsveçdə, 15-i isə Almaniyada yerləşir. “VR sahə, İngiltərə və Fransa ilə birlikdə böyüməkdə davam edir. Bu bazara həmçinin öz yüksək keyfiyyətli bir çox VR startapları ilə birlikdə İsveç də daxil olub” – deyə “LucidWeb” şirkətinin CEO-su Leen Segers bildirib. Silikon Vadisində təsis edilmiş “Venture Reality Fund” vençur şirkəti, artıq uzun müddətdir ki, VR sahəsində çalışan startaplara investisiya yatırır. Bu ilin əvvəlində o, yarımillik hesabatı təqdim etmək üçün “LucidWeb” şirkəti ilə birləşdi. Sözügedən VR sahə üzrə tədqiqatda infrastruktur, online alətlər, platformalar və tətbiqlər yaradan VR şirkətlər qeyd olunub. Hesabatda qeyd edilir ki, daha çox investisiyalar, sahibkarlıqla bağlı olan VR layihələrə yatırılır. Ondan sonra isə səhiyyə və təhsil sahələri gəlir. Gözlənildiyi kimi VR üçün ən gəlirli sahənin oyunlar olduğu qeyd olunur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər