
Avtomobillər üçün pilotsuz idarəetmə kompleksləri yaradan Drive.ai adlı startap, 50 milyon dollar investisiya cəlb edib.
Sözügedən investisiya raunduna NEA adlı vençur fondu başçılıq edib. Ondan əlavə olaraq yeni investisiya randunda GCV fondu və “Northern Light” şirkət iştirak edib. Əldə olunmuş vəsaitlərin adi avtomobilləri, pilotsuz idarəetmə sistemləri ilə təchiz edilməyə yönləndirmək planlaşdırılır. Beləliklə startap, adi avtomobilləri təkmilləşdirmək niyyətindədir. Sözügedən startapın təmsilçilərinin sözlərinə görə cəlb olunmuş investisiyaların sayəsində onlar pilotsuz idarəetmə sistemlərini artıq bu ilin sonuna kimi təqdim edə və beynəlxalq bazara çıxa biləcəklər. Bu startapın üstünlüyü ondan ibarətdir ki, o özünün avtopilot avtomobilini istehsal etməyi düşünmür. Əksinə startap digər avtomobil istehsalçılarına ağıllı avtopilot sistemin yaradılmasında yardımçı olmaq niyyətindədir. Plana əsasən startapın yaradacağı avtopilot sistemini istənilən avtomobilə quraşdırmaq olacaq. Startap öz potensial müştəriləri kimi yük daşımaları, car-sharing xidmətlərini təqdim edən şirkətləri və ictimai nəqliyyat təşkilatlarını görür.
Şərh yoxdur