main-post-cover

    ‘Azərbaycanda belə co-working mərkəzi var?’ - deyəcəyiniz ofisdən 5 görüntü

    23.01.2018
    Farid Pardashunas
        Yəqin ki, “co-working” anlayışından xəbəriniz var. Olmayanlar üçün deyək ki, qısacası “co-working” paylaşılan ofisdir. Biznesiniz yenidir, işçiləriniz azdır yaxud ofis xərclərinə böyük büdcə ayırmaq istəmirsiniz. Belə olan halda sahibkarın köməyinə “co-working” mərkəzləri gəlir.
        Dünyada trend olan paylaşılan ofislər Azərbaycanda da mövcuddur. Bu məqaləmizdə isə sizə Bakının düz mərkəzində “Caspian Plaza”da yerləşən "Start Co-Working” mərkəzinə virtual sayəhət etmək imkanı yaradacağıq.
        Mərkəzin “Caspian Plaza”da yerləşməsi, şəhərə yaxınlığı, geniş ərazisi, təmin olunan xidmətləri ağıllarda sual yaradır ki, bu qiymətə belə ofisi necə əldə etmək mümkün olur? Ümumiyyətlə "co-working" anlayışının təməlində ofisin paylaşılması məntiqi durur. Yəni, burada tək siz və sizin komanda yox, başqa şirkətlər də ola bilir. Sizin özünüzə uyğun daimi masanız (daimi olmaya da bilər) və ümumi istifadədə olan avadanlıqlar və otaqlar olur.
        Əsas üstünlük isə kommunal və internet xərclərindən azad olmaqla yanaşı, çox cüzi məbləğlərə ofis kirayələyə bilirsiniz. Mərkəz bütün kommunal və internet xərclərini qarşılayır, istifadəçiyə sadəcə kompüterini işə salıb, mərkəzdə işləmək qalır. Mərkəz premiumstandart olaraq müştərilərə 2 seçimdə paket təklif edir.
         Standart paketin üzvü olan istifadəçi masadan, sürətli internetdən, çay, su, kofe, printer, skanner və sürət çıxarmadan, bağlı şkafdan, poçt göndərişlərindən, 6 nəfərlik görüş otağından ay ərzində istfadə edə biləcək. Eyni zamanda mərkəz 7/24 kamera müşahidə sistemi ilə təmin olunub. Standart paketin aylıq qiyməti 175 AZN təşkil edir. Əlavə olaraq bu paketin həftəlik və günlük qiymətləri uyğun olaraq 55 AZN və 12 AZN-dir.
        Premium paketdə isə müştəri sabit masa seçmək şansına sahibdir. Aylıq 250 AZN, həftəlik isə 80 AZN ödəməklə sabit masa sifariş etmək mümkündür. Mərkəz barədə ətraflı məlumat əldə etmək və yer sifariş etmək üçün rəsmi sayta daxil ola, yaxud 050 740 79 99 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər