main-post-cover

    Azərbaycanda ilk dəfə uğursuzluq hekayələrini paylaşacaqlar: 'Fuck Up Nights'

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    12.06.2018
    Farid Pardashunas
        Adətən müxtəlif sahələrdən olan insanların hər zaman uğur hekayələri maraq mövzusuna çevirilir. Bu dəfə isə tam əksi olacaq. Belə ki, Azərbaycanda ilk dəfə SUP.az tərəfindən hazırda öz kariyeralarında, professional fəaliyyətlərində uğur əldə etmiş insanlar uğursuzluq hekayələrini paylaşacaqlar.
        Cari ilin 22 iyun tarixində keçirilməsi planlaşdırılan tədbir bu qəbildən olan qlobal tədbirlər silsiləsinin davamıdır. Bundan sonra ölkəmizdə də mütəmadi olaraq keçiriləcək tədbir zamanı 3-4 uğurlu sima öz uğursuzluq hekayələrini iştirakçılarla paylaşacaqlar. Belə ki, hər il mütəmadi olaraq dünyanın 70 ölkəsində, 200-dən çox şəhərində keçirilən bənzər tədbirlərdə çıxışçılar 7 dəqiqə ərzində 10 uğursuzluq nümunəsi təqdim edə bilərlər.
        Təşkilatçıların verdiyi məlumata görə "FuckUp Nights"- uğursuz təşəbbüslər və layihələrin hekayələrindən bəhs edən qlobal hərəkatdr: "Biz bu qlobal hərəkata qatılmaq və sahibkarlıq ekosisteminə yardımçı olmaq niyyətindəyik. İndiyə qədər kifayət qədər uğur hekayələrini dinlədik. İndi isə eyni səhvi təkrarlamamaq üçün uğursuzluq hekayələrini dinləməyin zamanıdır.Ümidvarıq ki, bu tədbirə qoşulacaqsınız və bunun üçün ilham və motivasiya imkanı əldə edəcəksiniz".
        Tədbirə iştirak etmək və daha ətraflı məlumat əldə etmək üçün https://www.facebook.com/funbakuazerbaijan səhifəsinə, vusal@sup.az və rashad.eyvazov@icnextstep.com ünvanlarına müraciət etməyiniz kifayətdir.
        Məlumat üçün qeyd edək ki, SUP.az Azərbaycanda startapların fəaliyyətini sürətləndirmək məqsədi ilə həyata keçirilən akselerator proqramıdır. Proqramın əsas məqsədi startapların həm ölkə həm də ölkə xaricində böyüməsinə təkan verməkdir. Sup startapların ilkin mərhələsində təhsil, təcrübə paylaşımı, maliyələşmə, texniki və marketinq dəstəyi kimi bir sıra xidmətləri təqdim edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər