'Azərbaycanın Ən Yaxşı Startapı' adını hansı komanda qazanacaq?

'Azərbaycanın Ən Yaxşı Startapı' adını hansı komanda qazanacaq?

Startup və Biznes
06.06.2019 PAYLAŞIM

    “Azercell Telekom” MMC-nin dəstəyi və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə 15-16 iyun tarixlərində startaplar arasında ”Seedstars World” müsabiqəsinin yerli seçimləri keçiriləcək. Ölkəmizdə 7-ci dəfə baş tutacaq bu yarışma inkişaf etməkdə olan və sürətlə böyüyən startap bazarında bacarıqlı gəncləri müəyyənləşdirməyə kömək edəcək. Müsabiqənin qalibi seçilən startap Azərbaycanı “Seedstars CEE” regional sammitində təmsil etməklə yanaşı, bütün xərclər qarşılanmaqla, İsveçrədə keçirilən “Seedstars World” yarışmasına qatılmaq, bununla da, “Seedstars Global Winner” adı və 500 000 ABŞ dolları dəyərində sərmayə yatırımı qazanmaq uğrunda mübarizə aparacaq .

    Startaplar 9 iyun tarixinədək aşağıda qeyd edilən ünvana ərizə ilə müraciət edərək, müsabiqədə iştirak etmə imkanı qazanacaqlar: https://seedsta.rs/ssw19-baku

Bənzər xəbər


    Ərizə qəbulu bitdikdən sonra, “Seedstars” komandası təlimdə iştirak etmək və investorlarla üz-üzə görüşmək üçün 10-a yaxın ən yaxşı startapı seçəcək.

    Qeyd edək ki, “Seedstars” inkişaf etməkdə olan ölkələrdə regional məsələlərin həllini hədəfləyən, onların regional bizneslərinə və inkişafına dəstək vermək məqsədilə qlobal bazar üçün gəlirli və davamlı məhsullar hazırlayan bacarıqlı startaplar axtarışındadır.

    Məlumat üçün bildirək ki, “Azercell Telekom” MMC və PAŞA Bankın dəstəyi ilə informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələrin, yaranmaqda olan startapların müstəqil şirkət kimi inkişaf etməsinə kömək edən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi artıq 7 ildir ki, “Seedstars Baku” müsabiqəsinin yerli təşkilatçısıdır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Yerli startup WHELP 'Techstars Toronto 2021' proqramına vəsiqə qazanıb

2017-ci ildən fəaliyyətə başlayan Whelp startup-ı “Techstars Toronto 2021” proqramına vəsiqə qazanıb..


Tim Cook Apple şirkətindən ayrılma barəsində danışıb

Apple şirkətinin CEO-su Tim Cook öz vəzifəsindən getmək barədə düşünür. Onun sözlərinə əsasən o, şir..


LG rəsmi şəkildə öz mobil biznesinin bağlandığını elan edib

LG Electronics şirkəti öz mobil biznesini bağladığını rəsmi şəkildə elan edib.


2020-ci ilin yekunlarına əsasən MediaTek şirkəti Qualcomm-u geridə qoyub

Omdia adlı müstəqil analitik şirkət 2020-ci ilin yekunlarına əsasən elan edib ki, MediaTek şirkəti i..


Tesla elektromobillərini artıq bitcoinlə almaq mümkündür

Elon Musk öz Twitter hesabında Tesla elektromobillərini artıq bitcoin ilə almaq imkanının işə salınd..


Microsoft şirkəti Discord-u 10 milyard dollara ala bilər

Discord Inc. şirkəti potensial alıcılar ilə danışıqlar aparır. Bu məsələyə ən böyük maraq göstərən i..

×