Azərbaycanlılar tərəfindən təsis edilmiş 'Maliyya' startapı regionun aparıcı - 'Fintech Hive' akseleratoruna qəbul oldu

22.08.2017 0 PAYLAŞIM 1557 OXUNMA

Ölkə xaricində yaşayan və fəaliyyətini davam etdirən təşəbbüskarlarımızın xoş xəbərləri gəlməkdə davam edir. Bundan əvvəl İngiltərədə "Onedome" startapı ilə 4 milyon dollar investisiya cəlb edən həmyerlilərimiz barədə məlumat vermişdik. Bu dəfə daha bir xoş xəbər Dubaydan gəldi.  Ramil MəhərrəmovCəfər Babayev tərəfindən təsis edilən "Maliyya" startapı regionun öndəgələn akseleratorlarından biri  - "Fintech Hive"a qəbul olunub.

Dubay Beynəlxalq Maliyyə Mərkəzinin akseleratoru əsasən "Fintech" (Maliyyə Texnologiyaları) sahəsində ixtisaslaşmış inkişaf etdiricidir. Yerli startapımız 30 ölkəni təmsil edən 100-dən çox startap arasında son 11-ə qalmağı bacarıb və 3 aylıq akselerasiya proqramına qəbul olub. Seçim mərhələsində beynəlxalq konsaltinq şirkəti Accenture, Dubay Beynəlxalq Maliyyə Mərkəzi (DİFC) və partnyor maliyyə qrumları iştirak edib. Seçimlər, təklif edilən innovasiyanın unikallığı, bazarda müəyyən boşluğu doldurması və sənayenin və istehlakçının ehtiyaclarını ödəməsi meyarlarına əsasən aparılıb.

Yerli təşəbbüskarlar tərəfindən təsis edilən "Maliyya" P2P (peer to peer/şəxdən - şəxsə) prinsipinə əsaslanan investorlarla, borcalanları bir araya gətirən və maliyyə xidmətləri sahəsində inqilab etməyi planlaşdıran startapdır.Akselerator proqramı Accenture şirkəti ilə bərabər həyata keçirilməklə regionun maliyyə xidmətləri sənayesinin ehtiyaclarını ödəmək üçün yeni nəsil texnologiya liderlərini və sahibkarları bir araya gətirir. Proqram 2017-c il Avqust ayının 21-də balşayır və  3 ay müddətində dünyanının aparıcı beynəlxalq və yerli maliyyə qurumları, texnologiya və hüquq şirkətləri tərəfindən startaplara sıx texniki və məsləhət dəstəyini təmin edir. “Maliyya” startupı, VİSA, CITI Bank, Standard Chartered, Dubay İslam İqtisadiyyatını İnkişaf Mərkəzi, Dubay Islam Bankı, Abu Dabi İslam Bankı, HSBC, Maşreq Bankı, Rakbank, Emirates National Bank, İBM, Facebook, Legal Support, Simons&Simons, Clyde & Co kimi aparıcı şirkətlər tərəfindən bu müddət ərzində dəstəklənəcəkdir.

Maliyya startapı Ramil Məhərrəmov və Cəfər Babayev tərəfindən təsis edilmişdir.Hər iki təsisçi ABŞ və Avropanın aparıcı biznes məktəblərində təhsil almışlar. Onların mencement konsaltinq, investisiyaların idarəedilməsi, hüquqi məsləhət, İslam Bankçılığı, strateji idarəetmə və biznesin inkişafı üzrə 30 ildən çox təcrübələri vardır.