Azercell-in dəstəyi ilə 'Onbranch' startapı 'Seedstars World' müsabiqəsində iştirak edib

Azercell-in dəstəyi ilə 'Onbranch' startapı 'Seedstars World' müsabiqəsində iştirak edib

Startup
09.04.2019 PAYLAŞIM

    “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi daha bir beynəlxalq tədbirə qatılıb. 2018-ci ildə ölkəmizdə keçirilən "Seedstars World" müsabiqəsinin qalibi “Onbranch” startapı ilə birlikdə mərkəz “Seedstars Sammiti”ndə iştirak edib. İsveçrənin Lozanna şəhərində baş tutan tədbirdə 75 ölkədən startap komandaları, hökumət nümayəndələri, investorlar, yaradıcı insanlar, həmçinin nüfuzlu şirkətlərin mentorları iştirak edib. Maliyyə, səhiyyə, təhsil, kənd təsərrüfatı və enerji sahələrində mövcud olan qlobal problemləri həll etmək məqsədilə keçirilən sammitdə Afrika, Latin Amerikası, Asiya, Şərqi Avropa və Orta Şərqi təmsil edən 64 ən uğurlu startap layihəsi 500,000 ABŞ dolları dəyərində sərmayə yatırımı qazanmaq uğrunda mübarizə aparıb. Nəticədə Argentinanı təmsil edən “Blended” startapı “Seedstars Sammiti”nin qalibi seçilib.

    Məlumat üçün bildirək ki, “Seedstars World" regional məsələlərin həllini hədəfləyən, onların regional bizneslərinə və inkişafına dəstək vermək məqsədilə qlobal bazar üçün gəlirli və davamlı məhsullar hazırlayan bacarıqlı startaplar axtarışındadır. Tədbirin keçirilməsində məqsəd inkişaf etməkdə olan ölkələrdə mövcud olan, xüsusilə BMT-nin Davamlı İnkişaf Məqsədlərinə uyğun həllər istiqamətində fəaliyyət göstərən sahibkarları üzə çıxarmaqdır.

    Qeyd edək ki, informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan startapları dəstəkləyərək onların müstəqil şirkət kimi inkişaf etməsinə kömək edən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi İsveçrənin “Seedstars” şirkəti ilə yaxından tərəfdaşlıq edir və 6 ildir ki, “Seedstars Baku” müsabiqəsinin yerli təşkilatçısıdır.

    Fəaliyyətinin 10 illiyini qeyd edəcək Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Azercell və PAŞA Bankın dəstəyi ilə Azərbaycanda sahibkarlıq ekosisteminin inkişaf etdirilməsi istiqamətində bir sıra uğurlara imza atıb. Ölkənin ilk biznes inkubatoru olan mərkəz startapların inkişafının hər bir mərhələsində onlarla işləyir, uğur qazanmaq üçün lazım olan vəsaitlər, resurslar və biliklərlə təmin edir.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Owbike platforması Zoho korporasiyası ilə əməkdaşlığa başladı

Owbike platformasının istifadəçiləri yaxın zamanda saytyaratma xidməti daxilində korporativ email ya..


'Azərbaycanın Ən Yaxşı Startapı' adını hansı komanda qazanacaq?

“Azercell Telekom” MMC-nin dəstəyi və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə..


Keepface 500 Startups-ın MENA Dojo proqramına qəbul olaraq, növbəti dəfə toxum i..

ütün dünyada məşhur akselerasiya proqramı olan 500 Startups MENA bölgəsi üçün elan etdiyi sürətləndi..


4-cü 'Barama İnkubasiya Proqramı' üzrə qalib layihələr bəlli olub

“Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin öz ideyalarını biznesə çevirm..


Azərbaycan Dünyanın 70 ölkəsində keçirilən startap proqramında (Qeydiyyat başlad..

Kreativ biznes ideyası və ya startapı olanlar – Danimarka sizi gözləyir!


Yerli istehsal futbol menecer oyunu təqdim olundu - Eleven Kings

Bir neçə gün öncə yerli startapçılardan daha bir maraqlı layihə haqda məlumat paylaşıldı. Bu, Eleve..