Bakıda qadınlar arasında ilk dəfə Startup yarışı keçiriləcək

Bakıda qadınlar arasında ilk dəfə Startup yarışı keçiriləcək

25.01.2018 PAYLAŞIM

    Global Startup Weekend Women tədbirinə bu il Bakı da qoşulur. Bu haqda məlumatı tədbirin yerli təşkilatçılarından biri, NEXT Step İnnovasiyalar Mərkəzinin direktoru Rəşad Eyvazov bildirib. “Boş durma, hərəkət et” şüarı ilə keçiriləcək yarış 3 gün davam edəcək və 9-11 fevral tarixlərində baş tutacaq.


    “Ölkəmizdə startup ekosistemi addım-addım inkişaf etməkdədir və bu prosesə artıq xanımların da qoşulması zəruridir. Startup Weekend Women ötən il Parisdə başlayan yarışdır və bu il artıq 30 ölkəni əhatə edən qlobal tədbirə çevrilib. Azərbaycanın bu layihəyə qoşulması qadınlar arasında startup anlayışı, öz işini qurmaq, sahibkarlıq fəaliyyəti ilə məşqul olmaq kimi ifadələri möhkəmləndirərək, qadın biznes sahiblərinin sayını artıracaqdır,” deyə Rəşad Eyvazov bildirib.

    Tədbir çərçivəsində innovativ texniologiyalara əsaslanan ideyalar ilə qadın sahibkarlar, marketerler, dizaynerlər və proqramçılar komanda şəklində bir araya gələrək startaplar yaradacaq və münsiflər heyəti qarşısında təqdimat edəcəklər. Yarışın qalibi olan ideya isə mart ayında Parisdə keçiriləcək Böyük Finala göndəriləcək və Next Step İnnovasiyalar Mərkəzinin Sup.az aksellerasiya proqramında iştirak etmək haqqını qazanacaq. Maraqlı faktlardan biri də odur ki, bu tədbirin qlobal siması dünya şöhrətli ulduz Emma Vatsondur və Parisdə keçiriləcək Böyük Finalda onun da iştirak etməsi gözlənilir.

    Qeyd edək ki, Global Startup Weekend Women ölkəmizdə Dövlət Bankı - Azər Türk Bankın baş sponsorluğu ilə keçirilir. Tədbirin sponsorları arasında EY Azərbaycan, dəstəkçiləri arasında isə ADA Universiteti, ATL Group, Khazar Ventures, Tandem, Özsüt restoranları, Pizza Mizza və digərləri də yer alır.

    Qalib komandanı mütəxəssislərdən ibarət münsiflər heyəti seçəcək: ARDNF icraçı direktorunun müşaviri - Nərgiz Nəsrullayeva-Müdüroğlu, ABŞ səfirliyinin ölkəmizdəki nümayəndəliyinin ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi - Caroline Savage, Red Communications şirkətinin təsisçisi - Tatyana Mikayılova və Beynəlxalq Maliyyə Korporasiyasının ölkəmizdəki nümayəndəsi - Əliyə Əzimova.

3 gün ərzində iştirakçılar, həmçinin, mentorlardan biznes məsləhətləri və tövsiyələrə də qulaq asacaqlar.

Yarış haqda ətraflı məlumatı və proqramı rəsmi saytdan əldə edə bilərsiniz.

Online qeydiyyat üçün link.

Oflayn qeydiyyat üçün Next Step İnnovasiyalar Mərkəzinə yaxınlaşa bilərsiniz.
Ünvan: AF Business House, Nizami küç.203B, Səməd Vurğun heykəlinin yaxınlığı.
Email: [email protected]

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Buglance Gulf Capital SME Awards 2019-da finala keçid edib

Buglance Startup Business of the Year kateqoriyası üzrə Gulf Capital SME Awards 2019 mükafatının q..


Azərbaycanı Abu Dhabi-də təmsil edəcək startaplar axtarılır

MENA Orta Şərq və Şimali Afrika bölgəsinin top maliyyə texnologiyaları tədbirlərindən biri sayılan F..


İnkişaf etməkdə olan ölkələrdən olan sahibkarlar texnologiyada necə uğur qazana ..

İnkişaf etməkdə olan ölkələr texnologiya və sahibkarlıq mövzusunda nə dərəcədə uğurlu ola bilərlər? ..


EuroAsian Startup Awards’a müraciət açıq elan olunur

Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova, Rusiya, Türkiyə və Ukrayna ekosistemlərindən hə..


Yerli startap Buglance toxum mərhələsini 500.000 dollar investisiya ilə yekunlaş..

Ötən il bir neçə dəfə pre-seed mərhələsində invesitisya yüksəldən Buglance startapı Techstars aksele..


Yerli oyun Eleven Kings toxum investisiya mərhələsində 50.000 dollar cəlb etdi..

Yerli futbol menecer oyunu Eleven Kings fevralın 28-i pre-seed mərhələdə 50.000 dollar investisiya c..

×