'Barama Fintech Hackathon' 2017 yarışının 3 qalib komandası

'Barama Fintech Hackathon' 2017 yarışının 3 qalib komandası

02.11.2017 PAYLAŞIM

    28-29 Oktyabr tarixlərində ADA Universitetində keçirilən "Barama Fintech Hackathon 2017" yarışının qalib komandaları, dünən keçirilən final mərhələsində məlum olub. 15 komanda arasından finalda yarışmağa haqq qazanmış 10 komanda jurilər önündə hazırladıqları məhsulları təqdim ediblər. Qeyd edək ki, digər 5 komanda isə 36 saatlıq müddət ərzində qoyulan tapşırığı yerinə yetirə bilməyərək, yarışı yarımçıq dayandırmışdı.    ADA Universiteti, Azercell, PASHA Bank, SUP Akselerasiya Mərkəzi və AGA Group-dan dəvət olunan munsiflər heyyəti yaradılmış layihələrin biznes potensiallarını dəyərləndiriblər. Nəzərə alsaq ki, yarışda əsas önəmin yazılan koda verildiyi üçün hələ final mərhələsinə qədər proqramçıların yazdıqları kodalar artıq dəyərləndirilmişdi və yazılan kod dəyərləndirmədə 60% önəm kəsb edirdi. 

    Beləliklə, bütün nəticələrə əsasən "Barama Fintech Hackathon 2017" yarışının 3 qalib komandası aşağıdakı kimidir.


1. Komanda - "Crocusoft" - "Coupay" tətbiqi: Bu tətbiq vasitəsilə mağazalarda alış-veriş edən zaman, sizə təqdim olunanan çeklərin üzərindəki QR kodları skan etmək olur. Skan edilmiş QR kodlar vasitəsilə mağazanın təyin etdiyi faiz əsasında "cash-back" əldə edirsiniz. Skan olunan hər bir kod (çek) sizə imkan verir ki, daha sonra bu çeklərdən yeni bir kupon "generate" edəsiniz. Yeni kuponlar vasitəsilə həmin mağazalardan yenidən alış-veriş etmək mümkündür. "Coupay" tətbiqi "Barama Fintech Hackathon 2017" yarışının qalibi olaraq, 1500 AZN-lik mükafatı əldə etmiş oldu.

2. Komanda - "Conexus" - "Nova Wallet" tətbiqi: "Bitcoin" və digər pul valyutalarını özündə birləşdirən pulqabı layihəsidir. Bu tətbiqdən istifadə edərək, siz ödənişlərinizi edə, pul göndərib, pul qəbul edə və "crowdfundig" kampaniyaları yaradıb, ödənişləri bir başa pul qabınıza ala bilərsiniz. Sözügedən layihə yarışda ikinci yeri tutaraq 750 AZN-lik mükafatı əldə ediblər.

3. Komanda - "Meraki" - "Handy App" tətbiqi: Qrup şəklində insanlar arasında kartdan-karta pul köçürülməsi əməliyyatlarını həyata keçirmək funksiyasını özündə birləşdirən tətbiqdir. 3-cü yeri tutmuş komanda 450 AZN-lik mükafata laiq görülüb.    36 saat yuxusuz mübarizə şəraitində keçən yarış Azercell, PASHA BankADA Universitetinin dəstəyi ilə həyata keçirildi. İştirakçıların qidaya olan təlabatını isə yarış müddətində Özsüt restoranlar şəbəkəsi ödədi. Tədbirin rəsmi informasiya dəstəyi Technote.az informasiya portalı tərəfindən təmin olunub.

Tədbirdən ən maraqlı şəkilləri, komanda üzvləri buradan yükləyə bilər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Buglance Gulf Capital SME Awards 2019-da finala keçid edib

Buglance Startup Business of the Year kateqoriyası üzrə Gulf Capital SME Awards 2019 mükafatının q..


Azərbaycanı Abu Dhabi-də təmsil edəcək startaplar axtarılır

MENA Orta Şərq və Şimali Afrika bölgəsinin top maliyyə texnologiyaları tədbirlərindən biri sayılan F..


İnkişaf etməkdə olan ölkələrdən olan sahibkarlar texnologiyada necə uğur qazana ..

İnkişaf etməkdə olan ölkələr texnologiya və sahibkarlıq mövzusunda nə dərəcədə uğurlu ola bilərlər? ..


EuroAsian Startup Awards’a müraciət açıq elan olunur

Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova, Rusiya, Türkiyə və Ukrayna ekosistemlərindən hə..


Yerli startap Buglance toxum mərhələsini 500.000 dollar investisiya ilə yekunlaş..

Ötən il bir neçə dəfə pre-seed mərhələsində invesitisya yüksəldən Buglance startapı Techstars aksele..


Yerli oyun Eleven Kings toxum investisiya mərhələsində 50.000 dollar cəlb etdi..

Yerli futbol menecer oyunu Eleven Kings fevralın 28-i pre-seed mərhələdə 50.000 dollar investisiya c..

×