Barama İnkubasiya Proqramına qəbul olan 5 startapın adı açıqlandı

Barama İnkubasiya Proqramına qəbul olan 5 startapın adı açıqlandı

16.10.2017 PAYLAŞIM

    10 oktabr 2017-ci il tarixində "Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində", Barama İnkubasiya Proqramı 2017 çərçivəsində 2-ci mərhələyə dəvət olunmuş 18 startap, münsiflər heyəti qarşısında çıxış edib. Dəyərləndirmə zamanı uğurla çıxış etmiş və yüksək bal toplamış startaplar, Barama İnkubasiya Proqramında iştirak etmək şansı qazandılar.

Qaliblərin siyahısını təqdim edirik:

1.”PayPoz” – Xüsusi POS terminal və mobil tətbiq vasitəsi ilə QR kod əməliyyatları etməyə imkan yaradan innovativ ödəniş sistemi. Bu sistem vasitəsilə siz sadəcə telefonda olan əlavə vasitəsilə restoran və mağazalarda QR kod oxutmaqla ödəniş edə bilərsiniz. Bunun üçün mağazalara xüsusi POS terminallar yerləşdirilir. Startap sadəcə "software" həll təqdim edir. Qısa olaraq şərh etsək, Apple Pay və Samsung Pay kimi ödəniş sistemlərinin NFC tərtib olmadan daha sadə hala gətirilməsi deyə bilərik.


2.”Tripparo.com” – Səyahətləri, büdcə və maraqlara görə planlayan avtomatlaşdırılmış platforma. Bu platforma vasitəsilə siz, gedəcəyiniz məkanı, günləri və büdcənizi qeyd etməklə məsləhət ala bilərsiniz. Bu məsləhət isə insanlar tərəfindən yox, sistem və alqoritmlər tərəfindən təqdim olunur. Belə ki, qlobal reytinq mənbələrinə əsaslanan sistem sizə hansı hotel yaxud hosteldə qalmağınızı, harada səhər, günorta yaxud axşam yeməyi yeyə biləcəyinizi və gedə biləcəyiniz yaxın əraziləri büdcəyə uyğun optimal şəkildə təqdim edir.

3.”Resorts.az” - Lokal onlayn hotel, hostel, ev və s. rezervasiya saytı və mobil tətbiqi. Platforma Booking.com və Airbnb kimi qlobal əjdahalara rəqib görünsə də, əsas həll etdiyi problem fərqlidir. Belə ki, layihə xüsusilə regionlarda olan Airbnb və Booking.com üçün əlçatmaz olan evləri və hotelləri sayta yerləşdirir. Və xarici turistlər, eləcə də yerli səyahətçilər üçün üstün imkanlar yaradır.

4. “InPlace” – Mebellerin onlayn şəkildə sifarişi və “auqmented reality” texnologiyasını istifadə etməklə mebelləri virtual olaraq canlandırmaq üçün mobil əlavə. Qısacası siz bir online mağazadan mebel seçdiyinizi düşünün və seçdiyiniz mebeli telefonun kamerası ilə evinizin hər hansı bir küncündə canlandırın. AR texnologiyası ilə bu mümkündür.

5. “Count Me” – Ziyarətçilərin sayının analizi üçün cihaz və tətbiq. Xüsusilə böyük "Mall"larda rastımıza çıxan bu cihazlar bizlərə tanışdır. Sözügedən startap isə bunu daha əlçatan və kiçik sahibkarlıq obyektləri üçün istifadəyə yararlı bir şəkilə salır. Beləcə, məkana daxil olan müştərilərinin sayı hesablanır.

    Barama İnkubasiya programı 6 ay davam edir və bu müddət ərzində bu proqram yeni sahibkarların məhsulla bağlı ideyadan onun istifadəyə verilməsinə və sonrakı mərhələlərə gəlib çatması üçün onları, mentor dəstəyi, texniki, biznes və maliyyələşdirmə mövzularında məsləhətlər və praktik təlimlərlə təmin edir. Barama İnkubasiya Proqramı çərçivəsində startuplar icra etmək istədikləri layihələri reallaşdıra biləcəklər. Proqramın məqsədi gənc sahibkarlara yardım etmək, müxtəlif dəstək resursları və xidmətlər vasitəsilə onların biznesini sürətləndirməsinə təkan verməkdən ibarətdir.

Proqramın əsas üstünlükləri:

1. Biznesi dəstəkləyən şərait (mentor dəstəyi, biznes əlaqələri, investorlara çıxış imkanı)

2. Texniki dəstək (Helpdesk, IT məsləhəti, IT təlimləri)

3. Azercell və PAŞA Bankdan olan mütəxəssislərlə görüşlər, maliyyə konsaltinqi, qlobal startup müsabiqələrində və tədbirlərdə iştirak etmək imkanı, təlim sessiyaları, masterklass, virtual kitabxana

4. İstifadə imkanı (ofis sahəsi, ofis avadanlığı, yüksək sürətli internet, pulsuz Azercell nömrəsi və il ərzində 600 AZN kredit limiti, qəhvə və çay)

5. İnkubasiya proqramının sonunda "Final Demoday"da startapın hazirladığı son məhsul və ya xidmətin rəsmi qaydada 5000 AZN dəyərində ilk müştəri olaraq Azercell tərəfindən alınması.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Buglance Gulf Capital SME Awards 2019-da finala keçid edib

Buglance Startup Business of the Year kateqoriyası üzrə Gulf Capital SME Awards 2019 mükafatının q..


Azərbaycanı Abu Dhabi-də təmsil edəcək startaplar axtarılır

MENA Orta Şərq və Şimali Afrika bölgəsinin top maliyyə texnologiyaları tədbirlərindən biri sayılan F..


İnkişaf etməkdə olan ölkələrdən olan sahibkarlar texnologiyada necə uğur qazana ..

İnkişaf etməkdə olan ölkələr texnologiya və sahibkarlıq mövzusunda nə dərəcədə uğurlu ola bilərlər? ..


EuroAsian Startup Awards’a müraciət açıq elan olunur

Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova, Rusiya, Türkiyə və Ukrayna ekosistemlərindən hə..


Yerli startap Buglance toxum mərhələsini 500.000 dollar investisiya ilə yekunlaş..

Ötən il bir neçə dəfə pre-seed mərhələsində invesitisya yüksəldən Buglance startapı Techstars aksele..


Yerli oyun Eleven Kings toxum investisiya mərhələsində 50.000 dollar cəlb etdi..

Yerli futbol menecer oyunu Eleven Kings fevralın 28-i pre-seed mərhələdə 50.000 dollar investisiya c..

×