
Bitcoin və blockchain sahəsində fəaliyyət göstərən 10 perspektivli startap
Startup və Biznes
13.06.2017
Emil
2016-cı ildə Bitcoin &
Blockchain sahəsində çalışan startapların sayı və onlarla bağlanmış müqavilələrin
sayı azalmışdı. Bu isə o deməkdir ki, investorlar çox diqqətlə kimə investisiya
yatıracaqlarını seçməyə başlayıblar. “CB Insights” analitik şirkəti, bitcoin və
blockchain ilə çalışan 10 ən perspektivli cavan startapların siyahısını təqdim
edib. Siyahıdakı startaplar yaxın zamanda ərsəyə gəlsələr də, Union Square
Ventures, Andreessen Horowitz və Google Ventures kimi fondlardan investisiya
alıblar.
Bu qrup startaplara biz,
kriptovalyutaların (ilk növbədə bitcoin) ticarəti, saxlanılması, işlədilməsi
sahələrində və konkret biznes sektoru üçün blockchain əsasında problemləri
aradan qaldıran sistemlər yaradan şirkətləri əlavə edirik. İlk baza mərhələsində
blockchain-i qorunan şəkildə paylaşdırılmış registr (siyahı) kimi müəyyənləşdirmək
olar hansı ki, əvvəlcə bitcoin-in elementlərindən biri kimi yaradılıb. “CB
Insights” şirkəti, ilk inestisiya mərhələsində olan 10 maraqlı startapı seçib.
Siyahıda olan bütün startaplar son 20 ay ərzində investisiya cəlb ediblər.
Storj Labs:

Storj, məlumatların saxlanması üçün nəzərdə tutulmuş desentralizasiya olunmuş bulud şəbəkəsi yaradır. Bu şəbəkə isə öz növbəsində təhlükəsizlik səviyyəsini yüksəldərək bulud texnologiyasından istifadə qiymətini aşağı salır. Hamı tərəfində tanınan Dropbox, Google və Amazon kimi mərkəzləşdirilmiş bulud servislərdən fərqli olaraq Storj, məlumatlar üçün blockchain əsaslı qorunan ictimai p2p saxlanma yeri təklif edir. Bu servisin istifadəçiləri öz məlumatları üçün əlavə yer də icarəyə götürə bilərlər. Sözügedən startap, Google Ventures, Qualcomm Ventures və Techstars Ventures kimi fondlardan ümumilikdə 5.05 milyon dollar investisiya cəlb edib.
Cambridge Blockchain:

Bu startap, maliyyə müəssisələri üçün blockchain baza əsaslı
identifikasiya sistemi hazırlayır. Söhbət o maliyyə müəssisələrindən gedir
hansılar ki, hüquqi təhlükəsizliyin təmin edilməsinin sadələşdirilməsində
maraqlıdırlar. Söhbət KYC (Know Your Customer) qərarından gedir. 2018-ci ildə məlumatların
qorunması üzrə ümumi Avropa qaydalarının işə salınacağı fonunda bu şirkətin ilk
müştəriləri məhz Avropadan olacaq. Sözügedən startap, Digital Currency Group,
Partech Ventures və Santander InnoVentures kimi fondlardan ümumilikdə 2 milyon
dollar investisiya alıb.
BitPesa:

Keniyadan olan bu ticarət
platforması, şirkət və onların müştərilərinə pul vəsaitlərinin sərhədlərdən və
kontinentlərdən bitcoin şəkildə keçirilməsinə yardımçı olur. Şirkətin əsas hədəfi,
bitcoin-in desentralizasiya olunmuş iş prinsipindən və nisbətən kiçik
komissiyalardan istifadə edərək banklarda hesabları olmayan insanlara müasir
qlobal iqtisadiyyatı təqdim etməkdir. BitPesa ilk olaraq xaricdə yaşayan
keniyalılar üçün pul köçürmələrini reallaşdıran bir servis kimi yaradılmışdır.
Lakin sonradan o öz sahəsini ticarətə dəyişdi. Sözügedən startap, Blockchain
Capital FuturePerfect Ventures, Draper Associates və Pantera Capital kimi
fondlardan ümumilikdə 5 milyon dollar investisiya cəlb etmişdir.
Funderbeam:

Funderbeam, ilkin və sonrakı mərhələdə
pay satışının ardınca gələn böyümə mərhələsində startapların maliyyələşdirilməsi
üçün blockchain baza əsaslı birja yaradıb. Funderbeam-ın ikinci dərəcəli
bazarında səhm sahibləri üçün blockchain əsaslı ağıllı müqavilələr və birjada
beynəlxalq tranzaksiyalar aktivdir. Bu startap, 3TS Capital Partners, Draper
Associates və IQ Capital Partners kimi fondlardan ümumilikdə 5.07 milyon dollar
investisiya almışdır.
Hijro:

Sözügedən startap, blockchain əsaslı
qlobal ticarət üçün maliyyə platforması hazırlayır. Bu platforma istifadəçiləri
üçün təchiz etmə məqsədli sadələşdirilmiş əməliyyatlar və işçi kapitalının
optimallaşdırılması aktivdir. Bu platforma özündə Hijro Trade Asset Marketplace
adlı ticarət sahəsini birləşdirir. Həmin sahədə isə maliyyə müəssisələri və
şirkətlər bir-biriləri ilə qarşılıqlı əlaqədə ola bilərlər. Bu startap, 500
Startups, Draper Associates, Digital Currency Group, Fenbushi Capital və
Thomson Reuters kimi fondlardan ümumilikdə 2.78 milyon dollar investisiya cəlb
etmişdir.
Bitso:

Bitso, Meksikadan olan bitcoin
birjasıdır. Latın və Cənubi Amerikada kriptovalyuta bazarı böyümək də davam
edir. Belə ki, məhz onların sayəsində bank hesablarına sahib olmayan insanlar,
kredit bazarına və qlobal iqtisadiyyata çıxış əldə edə bilirlər. Günümüzdə isə
meksikalıların böyük bir hissəsi üçün bank xidmətləri ümumiyyətlə göstərilmir.
Bitso, Monex Group, Variv Capital və Xochi Ventures kimi fondlardan ümumilikdə
2.66 milyon dollar investisiya cəlb edib.
OpenBazaar:

OpenBazaar, özəl şəxslər üçün
bitcoin bazarıdır. Bu platformada tranzaksiyaların həyata keçirilməsi zamanı
vasitəçi şəxslərə əlavə ödəniş prinsipi yoxdur. Bunun yerinə sözügedən
platforma hər iki tərəf üçün alış verişin təhlükəsizliyinə və çatdırılmasına zəmanət
verən agent rolunda çıxış edərək pul qazanır. Bu startap, Andreessen Horowitz və Union Square Ventures
kimi fondlardan ümumilikdə 4.01 milyon dollar investisiya əldə edib.
Blockstack Labs:

Bu startap, blockchain əsaslı
brauzer hazırlamaqla məşğuldur. Bu brauzerdən istifadə edən insanlar öz məlumatlarını
və cihazlarında çalışan mərkəzləşdirilmiş tətbiqləri idarə edirlər. Blockstack
Labs-ın yaradıcıları düşünürlər ki, ənənəvi mərkəzləşdirilmiş server sistemindən
və bulud servislərdən imtina edərək bununla əlaqələnən hacker hücumlarının
qarşısını almaq və internetdəki məxfiliyə yeni standart vermək olar. Sözügedən
startap, Naval Ravikant, Digital Currency Group və Union Square Venture kimi
fondlardan ümumilikdə 6.79 milyon dollar investisiya almışdır.
Chronicled:

Chronicled, Ethereum-da əsası qoyulmuş IoT (Internet of Things)
platformadır. Bu platforma, autentifikasiya, törəmə idarəolunması, təchiz edilmə
şəbəkələrinin inkişafı və digər məqsədlər üçün kriptovalyutanı, fiziki mülkiyyət
ilə birləşdirir. Ethereum vasitəsilə bu startap, blockchain-də real, fiziki
müqavilələri qeydiyyatdan keçirtməyə imkan verəcək ağıllı müqavilələrin
hazırlanmasını düşünür. Məsələn belə üsulla fiziki sövdələşmənin ötürülməsini həyata
keçirtmək olar. Onunla əlaqəli olan ağıllı müqavilə isə avtomatik şəkildə
blockchain-də mülkiyyət hüququnu dəyişəcək. Sözügedən startap, Colbeck Capital
Management, Mandra Capital və Pantera Capital kimi fondlardan ümumilikdə 4.83
milyon dollar investisiya cəlb etmişdir.
Hashed Health:

Hashed Health, müxtəlif tibbi məqsədlər üçün blockchain-dən istifadə edən
blockchain konsorsiumudur. Bu startap, blockchain vasitəsilə əsasən səhiyyə sahəsinin
tibbi sənədlərin electron uçotu, sığortanı və dərman vasitələrilə təmin olunma
kimi xüsusiyyətləri yaxşılaşdırmaq niyyətindədir. Hashed Health, Fenbushi
Capital və Marin Ventures kimi fondlardan ümumilikdə 1.85 milyon dollar
investisiya almışdır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
