Bitcoin və blockchain sahəsində fəaliyyət göstərən 10 perspektivli startap

Bitcoin və blockchain sahəsində fəaliyyət göstərən 10 perspektivli startap

Startup
13.06.2017 PAYLAŞIM

2016-cı ildə Bitcoin & Blockchain sahəsində çalışan startapların sayı və onlarla bağlanmış müqavilələrin sayı azalmışdı. Bu isə o deməkdir ki, investorlar çox diqqətlə kimə investisiya yatıracaqlarını seçməyə başlayıblar. “CB Insights” analitik şirkəti, bitcoin və blockchain ilə çalışan 10 ən perspektivli cavan startapların siyahısını təqdim edib. Siyahıdakı startaplar yaxın zamanda ərsəyə gəlsələr də, Union Square Ventures, Andreessen HorowitzGoogle Ventures kimi fondlardan investisiya alıblar.

Bu qrup startaplara biz, kriptovalyutaların (ilk növbədə bitcoin) ticarəti, saxlanılması, işlədilməsi sahələrində və konkret biznes sektoru üçün blockchain əsasında problemləri aradan qaldıran sistemlər yaradan şirkətləri əlavə edirik. İlk baza mərhələsində blockchain-i qorunan şəkildə paylaşdırılmış registr (siyahı) kimi müəyyənləşdirmək olar hansı ki, əvvəlcə bitcoin-in elementlərindən biri kimi yaradılıb. “CB Insights” şirkəti, ilk inestisiya mərhələsində olan 10 maraqlı startapı seçib. Siyahıda olan bütün startaplar son 20 ay ərzində investisiya cəlb ediblər.

Storj Labs:


Storj, məlumatların saxlanması üçün nəzərdə tutulmuş desentralizasiya olunmuş bulud şəbəkəsi yaradır. Bu şəbəkə isə öz növbəsində təhlükəsizlik səviyyəsini yüksəldərək bulud texnologiyasından istifadə qiymətini aşağı salır. Hamı tərəfində tanınan Dropbox, Google Amazon kimi mərkəzləşdirilmiş bulud servislərdən fərqli olaraq Storj, məlumatlar üçün blockchain əsaslı qorunan ictimai p2p saxlanma yeri təklif edir. Bu servisin istifadəçiləri öz məlumatları üçün əlavə yer də icarəyə götürə bilərlər. Sözügedən startap, Google Ventures, Qualcomm VenturesTechstars Ventures kimi fondlardan ümumilikdə 5.05 milyon dollar investisiya cəlb edib.

Cambridge Blockchain:


Bu startap, maliyyə müəssisələri üçün blockchain baza əsaslı identifikasiya sistemi hazırlayır. Söhbət o maliyyə müəssisələrindən gedir hansılar ki, hüquqi təhlükəsizliyin təmin edilməsinin sadələşdirilməsində maraqlıdırlar. Söhbət KYC (Know Your Customer) qərarından gedir. 2018-ci ildə məlumatların qorunması üzrə ümumi Avropa qaydalarının işə salınacağı fonunda bu şirkətin ilk müştəriləri məhz Avropadan olacaq. Sözügedən startap, Digital Currency Group, Partech VenturesSantander InnoVentures kimi fondlardan ümumilikdə 2 milyon dollar investisiya alıb.

BitPesa:

Keniyadan olan bu ticarət platforması, şirkət və onların müştərilərinə pul vəsaitlərinin sərhədlərdən və kontinentlərdən bitcoin şəkildə keçirilməsinə yardımçı olur. Şirkətin əsas hədəfi, bitcoin-in desentralizasiya olunmuş iş prinsipindən və nisbətən kiçik komissiyalardan istifadə edərək banklarda hesabları olmayan insanlara müasir qlobal iqtisadiyyatı təqdim etməkdir. BitPesa ilk olaraq xaricdə yaşayan keniyalılar üçün pul köçürmələrini reallaşdıran bir servis kimi yaradılmışdır. Lakin sonradan o öz sahəsini ticarətə dəyişdi. Sözügedən startap, Blockchain Capital FuturePerfect Ventures, Draper AssociatesPantera Capital kimi fondlardan ümumilikdə 5 milyon dollar investisiya cəlb etmişdir.

Funderbeam:


Funderbeam, ilkin və sonrakı mərhələdə pay satışının ardınca gələn böyümə mərhələsində startapların maliyyələşdirilməsi üçün blockchain baza əsaslı birja yaradıb. Funderbeam-ın ikinci dərəcəli bazarında səhm sahibləri üçün blockchain əsaslı ağıllı müqavilələr və birjada beynəlxalq tranzaksiyalar aktivdir. Bu startap, 3TS Capital Partners, Draper AssociatesIQ Capital Partners kimi fondlardan ümumilikdə 5.07 milyon dollar investisiya almışdır.

Hijro:


Sözügedən startap, blockchain əsaslı qlobal ticarət üçün maliyyə platforması hazırlayır. Bu platforma istifadəçiləri üçün təchiz etmə məqsədli sadələşdirilmiş əməliyyatlar və işçi kapitalının optimallaşdırılması aktivdir. Bu platforma özündə Hijro Trade Asset Marketplace adlı ticarət sahəsini birləşdirir. Həmin sahədə isə maliyyə müəssisələri və şirkətlər bir-biriləri ilə qarşılıqlı əlaqədə ola bilərlər. Bu startap, 500 Startups, Draper Associates, Digital Currency Group, Fenbushi CapitalThomson Reuters kimi fondlardan ümumilikdə 2.78 milyon dollar investisiya cəlb etmişdir.

Bitso:


Bitso, Meksikadan olan bitcoin birjasıdır. Latın və Cənubi Amerikada kriptovalyuta bazarı böyümək də davam edir. Belə ki, məhz onların sayəsində bank hesablarına sahib olmayan insanlar, kredit bazarına və qlobal iqtisadiyyata çıxış əldə edə bilirlər. Günümüzdə isə meksikalıların böyük bir hissəsi üçün bank xidmətləri ümumiyyətlə göstərilmir. Bitso, Monex Group, Variv CapitalXochi Ventures kimi fondlardan ümumilikdə 2.66 milyon dollar investisiya cəlb edib.

OpenBazaar:


OpenBazaar, özəl şəxslər üçün bitcoin bazarıdır. Bu platformada tranzaksiyaların həyata keçirilməsi zamanı vasitəçi şəxslərə əlavə ödəniş prinsipi yoxdur. Bunun yerinə sözügedən platforma hər iki tərəf üçün alış verişin təhlükəsizliyinə və çatdırılmasına zəmanət verən agent rolunda çıxış edərək pul qazanır. Bu startap, Andreessen Horowitz Union Square Ventures kimi fondlardan ümumilikdə 4.01 milyon dollar investisiya əldə edib.

Blockstack Labs:


Bu startap, blockchain əsaslı brauzer hazırlamaqla məşğuldur. Bu brauzerdən istifadə edən insanlar öz məlumatlarını və cihazlarında çalışan mərkəzləşdirilmiş tətbiqləri idarə edirlər. Blockstack Labs-ın yaradıcıları düşünürlər ki, ənənəvi mərkəzləşdirilmiş server sistemindən və bulud servislərdən imtina edərək bununla əlaqələnən hacker hücumlarının qarşısını almaq və internetdəki məxfiliyə yeni standart vermək olar. Sözügedən startap, Naval Ravikant, Digital Currency GroupUnion Square Venture kimi fondlardan ümumilikdə 6.79 milyon dollar investisiya almışdır.

Chronicled:


Chronicled, Ethereum-da əsası qoyulmuş IoT (Internet of Things) platformadır. Bu platforma, autentifikasiya, törəmə idarəolunması, təchiz edilmə şəbəkələrinin inkişafı və digər məqsədlər üçün kriptovalyutanı, fiziki mülkiyyət ilə birləşdirir. Ethereum vasitəsilə bu startap, blockchain-də real, fiziki müqavilələri qeydiyyatdan keçirtməyə imkan verəcək ağıllı müqavilələrin hazırlanmasını düşünür. Məsələn belə üsulla fiziki sövdələşmənin ötürülməsini həyata keçirtmək olar. Onunla əlaqəli olan ağıllı müqavilə isə avtomatik şəkildə blockchain-də mülkiyyət hüququnu dəyişəcək. Sözügedən startap, Colbeck Capital Management, Mandra CapitalPantera Capital kimi fondlardan ümumilikdə 4.83 milyon dollar investisiya cəlb etmişdir.

Hashed Health:


Hashed Health, müxtəlif tibbi məqsədlər üçün blockchain-dən istifadə edən blockchain konsorsiumudur. Bu startap, blockchain vasitəsilə əsasən səhiyyə sahəsinin tibbi sənədlərin electron uçotu, sığortanı və dərman vasitələrilə təmin olunma kimi xüsusiyyətləri yaxşılaşdırmaq niyyətindədir. Hashed Health, Fenbushi CapitalMarin Ventures kimi fondlardan ümumilikdə 1.85 milyon dollar investisiya almışdır.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Owbike platforması Zoho korporasiyası ilə əməkdaşlığa başladı

Owbike platformasının istifadəçiləri yaxın zamanda saytyaratma xidməti daxilində korporativ email ya..


'Azərbaycanın Ən Yaxşı Startapı' adını hansı komanda qazanacaq?

“Azercell Telekom” MMC-nin dəstəyi və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə..


Keepface 500 Startups-ın MENA Dojo proqramına qəbul olaraq, növbəti dəfə toxum i..

ütün dünyada məşhur akselerasiya proqramı olan 500 Startups MENA bölgəsi üçün elan etdiyi sürətləndi..


4-cü 'Barama İnkubasiya Proqramı' üzrə qalib layihələr bəlli olub

“Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin öz ideyalarını biznesə çevirm..


Azercell-in dəstəyi ilə 'Onbranch' startapı 'Seedstars World' müsabiqəsində işti..

“Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi daha bir beynəlxalq tədbirə qatı..


Azərbaycan Dünyanın 70 ölkəsində keçirilən startap proqramında (Qeydiyyat başlad..

Kreativ biznes ideyası və ya startapı olanlar – Danimarka sizi gözləyir!