
CoinDash adlı blockchain startap öz ICO-nu dayandıraraq saytının hackerlər tərəfindən hack olunduğunu bildirib.
Bundan əlavə olaraq startap, vəsaitlərin göndərilməsi üçün nəzərdə
tutulmuş öz Etherium ünvanının hackerlər tərəfindən dəyişdirildiyini qeyd edib.
Beləliklə hackerlərə təqribi olaraq 7 milyon dollar vəsait göndərilib. CoinDash-in
ICO prosesi 17 İyul tarixində start götürmüşdü. Crowdfunding-in başlanmasından
bir neçə müddət sonra startap təmsilçiləri, ICO prosesini dayandırmış və efirlərin
(Etherium kriptovalyutası) göndərilməsi üçün nəzərdə tutulmuş ünvanın hackerlər
tərəfindən dəyişdirilməsini, investorlara xəbər etmişdi. Lakin həmin ana kimi
investorlar, sözügedən ünvana 43.000 efir göndərmişdilər. Həmin tarixdəki
efirin məzənnəsi ilə bu, 7 milyon dollar edirdi. Daha sonra Etherium şəbəkəsində
həmin saxta ünvan, “FAKE_CoinDash” kimi qeyd olundu. Lakin buna baxmayaraq
sözügedən ünvana vəsaitlər hələ də əlavə olunurdu və nəticədə ora 7.41 milyon
dollar vəsait göndərildi. CoinDash isə vəsait toplama prosesini dayandıraraq öz
saytının hackerlər tərəfindən hack edilməsi barəsindəki ətraflı məlumatı daha sonra
verəcəyini bildirdi. Bir sıra investorlar, şirkəti, hack məsələsinin yalan
olmasında ittiham edərək onu məhkəməyə verəcəklərini bildirdilər.
Şərh yoxdur