main-post-cover

    Blue Origin şirkəti NASA-ya qarşı qaldırmış olduğu məhkəmə iddiasını uduzub

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    05.11.2021
    Farid Pardashunas
        Jeff Bezos-un Blue Origin aerokosmik şirkəti NASA-ya qarşı məhkəmə prosesini uduzub. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə Blue Origin şirkəti NASA-nı məhkəməyə vermişdi. Səbəb isə astronavtların Aya çatdırılması üçün nəzərdə tutulmuş eniş modulunun yaradılması məsələsində NASA-nın SpaceX şirkəti ilə eksklüziv müqavilə bağlamasında idi. Federal məhkəmənin bu iş üzrə prosesinə nəzarət edən hakim Richard Hertling-in qərarına əsasən Blue Origin-nin bu məsələdə üstünlüyün ona verilməsi xahişi rədd edilib. Blue Origin NASA-nın "Artemis" adlı Ay proqramında iştirak edəcəyinə ümid edirdi. Bu proqram çərçivəsində amerikalı astronavtları Aya çatdıra biləcək raketlərin və kosmik gəmilərin hazırlanması yolunda NASA müxtəlif aerokosmik şirkətlərlə çalışır.
        Astronavtların Aya çatdırılması üçün nəzərdə tutulmuş eniş modulunun yaradılması isə bu layihənin əsas hissələrindən biridir. Eniş modulunun yaradılması yolunda hər hansısa bir şirkətlə müqavilə bağlamazdan öncə NASA bildirmişdi ki, o, eniş modulunun yaradılması məsələsində 2 şirkət seçəcək. NASA ilə müqavilə bağlamaq istəyənlərin arasında isə 3 şirkət var idi: SpaceX, Blue Origin Dynetics. Lakin daha sonra heç gözlənilmədən NASA bu məsələdə yalnız SpaceX ilə müqavilə bağladı. Belə ki, SpaceX digərlərindən fərqli olaraq öz Starship kosmik gəmisinin yaradılmasına daha az pul tələb edirdi. Söhbət, 2.9 milyard dollardan gedir.
        2 şirkət əvəzinə 1 şirkət seçmək qərarını NASA sözügedən Ay proqramının yetəri dərəcədə maliyyələşdirilməməsi ilə əlaqələndirmişdi. Belə ki, kosmik agentlik ABŞ hökumətindən astronavtların Aya eniş proqramı üçün bu il üzrə 3.2 milyard dollar maliyyələşdirmə istəmişdi. Lakin hökumət nəticədə cəmi 850 milyon dollar vəsait ayırdı. Maliyyələşdirmənin lazımi səviyyədə olmadığı səbəbilə NASA ən aşağı qiymət variantını təklif etmiş şirkəti seçmək qərarına gəldi. Blue Origin öz növbəsində özünün Blue Moon adlı kosmik gəmisinin yaradılmasına 5.9 milyard dollar vəsait tələb etmişdi. Lakin daha sonra Jeff Bezos 2 milyard dollar dəyərində endirim təklif etmişdi. Lakin NASA öz qərarını dəyişmədi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər