main-post-cover

    Britaniyanın Blockchain adlı startapı, 40 milyon dollar investisiya aldı

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    23.06.2017
    Emil Nəcəfov

    Dünyanın ən böyük bitcoin portmanat operatoru olan Blockchain adlı startap, 40 milyon dollar investisiya cəlb etdi.

    İnvestisiya yatıranların arasında Lakestar Google Ventures kimi vençur fondları var. Bu, Britaniyanın Avropa Birliyindən çıxmasından sonra Britaniyanın fintech sahəsinə yatırılmış ən böyük investisiyadır. Lakestar və Google Ventures-dan başqa bu startapa daha əvvəllər də yatırım etmiş investorlar da yenidən investisiya yatırmasında iştirak ediblər. Onların arasında Lightspeed Venture Partners fondu və britaniyalı milyarder Richard Branson var. Qeyd etmək lazımdır ki, 2014-cü ildə keçirilmiş investisiya raundunda sözügedən startap, 30.5  milyon dollar investisiya əldə etmişdi. Məlumata əsasən əldə edilmiş investisiyaların sayəsində startap öz biznesini genişləndirəcək və təqdim etdiyi məhsulları müşahidə etməklə yanaşı onları inkişaf etdirəcək. Blockchain-in həmtəsisçisi və baş direktoru Peter Smith-in sözlərinə əsasən bu vəsaitlər, bitcoin Ether-in qiymət göstəricilərinin qalxmasından öncə əldə edilmişdir.
    Linki kopyala