Logo
    main-post-cover

    Bu ilin üçüncü rübündə Xiaomi öz satışları ilə Avropa bazarında Apple şirkətini geridə qoyub

    Startup və Biznes
    17.11.2022
    Emil
        Counterpoint Research şirkətinin məlumatlarına əsasən Avropanın smartfon bazarı bu ilin üçüncü rübündə 16% düşüş yaşayıb. Yəni Avropada 40.5 milyon smartfon satışı reallaşdırılıb. Bazarın lideri qismində Samsung şirkəti qalır. İlk beşliyə həmçinin Xiaomi, Apple, Realme OPPO şirkətləri daxildir. Bununla belə illik satış göstəriciləri üzrə smartfon satışlarını yüksəldə bilən şirkətlər yalnız Xiaomi ilə Realme olublar. Başqa sözlə desək, avropalılar daha çox bahalı olmayan smartfonlara üstünlük veriblər. Bu isə öz növbəsində Xiaomi-yə Apple şirkətini geridə qoyaraq reytinqin ikinci pilləsində qərarlaşmaq üçün şərait yaradıb. Maraqlısı ondadır ki, Xiaomi-nin reytinqdə ikinci yeri tutmasının əsas səbəblərindən biri də onun Rusiya bazarındakı satışlarının yüksəlməsidir. Apple şirkətinin iPhone 14 seriyasının Avropadakı satışları isə gözlənildiyindən daha aşağı olub.
    Paylaş
    Bənzər xəbərlər