main-post-cover

    Buglance Gulf Capital SME Awards 2019-da finala keçid edib

    08.08.2019
    Farid Pardashunas
        Buglance "Startup Business of the Year" kateqoriyası üzrə Gulf Capital SWE Awards 2019 mükafatının finalına qalan startaplar arasında yer alıb. Bu barədə məlumatı Technote.az -a açıqlamasında Toğrul Səməd bildirib. Əlavə olaraq şirkətin rəhbəri Toğrul Səməd ilin sahibkarı kateqoriyasında da finala qalmağı bacarıb. 
        7-ci dəfə keçirilən bu mükafatlandırmada 300-dən çox sahibkar iştirak edir. Əlavə olaraq 16 kateqoriya üzrə 86 şirkət qısa listlərə qalmağı bacarıb və bunlardan biri də yerli startap Buglance-dır. Yekun mərhələdə, 86 şirkət hökumət təşkilatları, böyük regional və qlobal bizneslərin təmsilçilərindən ibarət 30 jüri üzvü tərəfindən dəyərləndiriləcək. Əlavə olaraq mükafatın təminolunma şəffaflığı qlobal məsləhətçi firma Grant Thorton tərəfindən yoxlanılır.
        Mükafat 2012-ci ildən bu yana MEED və investisiya dəstəkçisi Gulf Capital ilə birgə təşkil edilir və regionun iş adamlarını, sahibkarlarını bir araya toplayır.
        "Bölgənin ən güvənilinir biznes zəka təminatçısı olan MEED-in maraq dairəsində olmaqdan qürur duyuruq. Bu bizə əlavə motivasiya verir ki, innovativ işlərimizi davam etdirək və mövcud bazarda fəaliyətimizi genişləndirək" - deyə Toğrul Səməd əlavə edib.
        Qeyd edək ki, 16 kateqoriya üzrə qaliblərin adları 15 Sentyabrda Ritz Carlton DIFC-də baş tutacaq qala gecəsində bilinəcək.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər