ByteDance şirkəti TikTok-un Microsoft-a satılmasından imtina edib: Servis digər ABŞ şirkətinə satıla bilər

ByteDance şirkəti TikTok-un Microsoft-a satılmasından imtina edib: Servis digər ABŞ şirkətinə satıla bilər

Startup və Biznes
14.09.2020 PAYLAŞIM

    TikTok servisinin sahibi olan ByteDance şirkəti Microsoft-un, servisin ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiyadakı bizneslərinin alınması təklifindən imtina edib. Microsoft bunu rəsmi şəkildə elan edib. Bu barədə Reuters saytı xəbər verib. “Biz əminik ki, bizim təklifimiz TikTok iştirakçılarının xeyrinə olacaqdı. Belə ki, bizim təklifimiz milli təklükəsizliyin maraqlarını qoruyur. Bizə maraqlıdır ki, servis məlumatların konfidensiallığı, təhlükəsizlik və dezinformasiya ilə mübarizə sahələrində necə inkişaf edəcək” - deyə Microsoft şirkəti bildirib.

    Reuters saytının verdiyi məlumata əsasən ByteDance şirkəti Microsoft-un təklifindən imtina edərək ABŞ-ın Oracle şirkətinin təklifini qəbul edib. Şirkət ümid edir ki, Oracle ilə əməkdaşlıq sayəsində servisin ABŞ-da bloklanmasından yan keçmək mümkün olacaq. Oracle öz növbəsində ByteDance şirkətinin texnoloji partnyoru olacaq və TikTok servisindəki amerikalı istifadəçilərin məlumatlarının idarəetməsini öz üzərinə götürəcək. Bununla yanaşı Oracle şirkəti TikTok-un ABŞ biznesindəki payının müəyyən hissəsinin alınması üzrə də danışıqlar aparır. General Atlantic Sequoia şirkətləri də daxil olmaqla ByteDance şirkətinin əsas investorları biznesin minoritar hissəsini əldə edəcəklər. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İtaliya hökuməti Google şirkətini 102 milyon avro dəyərində cərimələyib..

İtaliyanın antimonopoliya orqanının fikrincə Google şirkəti bazardakı üstünlüklərindən sui-istifadə ..


Google şirkəti Starlink-dən istifadə üçün SpaceX ilə əməkdaşlıq bağlayıb..

Google şirkəti SpaceX ilə əməkdaşlıq müqaviləsi bağlayıb. Sözügedən əməkdaşlıq çərçivəsində Google S..


Elon Musk bir tweet-i ilə bitcoinin qiymətini çökdürdü

Tesla şirkəti öz elektromobillərinin alışı zamanı ödənişi bitcoin ilə qəbul etməkdən imtina edib...


ABŞ hökuməti Xiaomi-yə qarşı olan sanksiyaları ləğv edir

Donald Trump ABŞ prezidenti vəzifəsindən ayrılmamışdan öncə onun Ağ Evdəki administrasiyası Xiaomi-n..


Analitiklər: 'MediaTek mobil prosessorlar bazarında liderliyini qoruyacaq'

Counterpoint Research şirkətinin analitikləri mobil prosessorlar bazarını analiz edərək bu ilin pote..


Digər şirkətlərin şikayətləri nəticəsində NASA ilə SpaceX arasındakı Ay missiyas..

Bir sıra özəl aerokosmik şirkətin şikayətlərindən sonra NASA agentliyi Ay missiyası üçün nəzərdə tut..

×