main-post-cover

    ChatGPT-nin mobil tətbiqinin dövriyyəsi yeni rekorda imza atıb

    Startup və Biznes
    11.10.2023
    Emil Nəcəfov
         OpenAI şirkətinin süni zəka əsaslı ChatGPT çat-botu təkcə veb versiya şəklində deyil, həmçinin AndroidiOS üçün nəzərdə tutulmuş mobil tətbiq şəklində də fəaliyyət göstərir. İndi isə məlum olub ki, ChatGPT-nin mobil tətbiqi hər iki platformada sentyabr ayı üzrə 15.6 milyon dəfə yüklənib. Mobil tətbiqin ümumi dövriyyəsi isə 4.58 milyon dollara yüksəlib. Lakin digər tərəfdən analitiklər OpenAI şirkətinin ChatGPT üzərindən əldə etdiyi gəlirin yüksəlməsi tempində ləngimənin olduğundan xəbər veriblər.
         Məlumata əsasən son aylar ərzində ChatGPT-nin gəliri 30% yüksəlmişdi. Sentyabr ayında bu göstərici 20%-ə endi. Bu, ChatGPT-nin ödənişli versiyası olan ChatGPT Plus-ın istifadəçi kütləsinin azalmasına işarə edir. İyun ayından avqust ayına kimi tətbiqin gəliri 2.1 milyon dollardan 3.81 milyon dollara yüksəlmişdi. Çat-botun təmiz gəliri isə 3.2 milyon dollar təşkil edib. Ümumilikdə çat-botun mobil tətbiqi 52.2 milyon dəfə yüklənilib. Ən çox yüklənmə sayı isə tətbiqin Android versiyasına aiddir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy Tab A9 planşetləri satışa çıxıb - QİYMƏTİ
    samsung-galaxy-tab-a9-plansetleri-satisa-cixib-qiymeti
    Google tarixin ən güclü DDoS hücumunun qarşısını alıb
    google-tarixin-en-guclu-ddos-hucumunun-qarsisini-alib
    Süni zəka qlobal miqyasda bir ölkə qədər elektrik enerjisi sərf edir
    suni-zeka-qlobal-miqyasda-bir-olke-qeder-elektrik-enerjisi-serf-edir
    Qatlana bilən Honor Magic Vs 2 smartfonu Geekbench testlərindən keçib
    qatlana-bilen-honor-magic-vs-2-smartfonu-geekbench-testlerinden-kecib
    Gələn il təqdim olunacaq Apple Watch 10-da ciddi dəyişikliklər olmayacaq
    gelen-il-teqdim-olunacaq-apple-watch-10-da-ciddi-deyisiklikler-olmayacaq