Logo
    main-post-cover

    Çin bazarından kənarda o qədər də tanınmayan startap, dünyanın ən bahalı 4-cü startapı oldu

    Startup və Biznes
    23.10.2017
    Emil
    Çinin “Meituan Dianping” adlı startapı bu günlərdə dünyanın ən bahalı 4-cü startapı oldu.
    Belə ki, o, 30 milyard dollar dəyərində qiymətləndirilir. Beləliklə o, “SpaceX” və “Airbnb”dən daha bahalı startap adına laiq görülüb. Bu barədə Bloomberg xəbər verib. Pekində fəaliyyət göstərən bu şirkət barəsində doğma bazardan kənarda o qədər də insanın məlumatı yoxdur. O, insanlara qida məhsullarını və digər müxtəlif məhsulları və kinoteatrlara biletləri satır, restoranlar haqqında rəyləri və qrup alş-verişləri haqqında endirim məlumatlarını təqdim edir.

    Bu bir növ Groupon, Yelp (Foursquare), Foodpanda UberEats servislərinin birləşməsi hesab olunur. Qeyd etmək lazımdır ki, sözügedən startap investorların dəyərini öz 1 milyard istifadəçisi və bazardakı dominantlığı sayəsində qazanıb. Sonuncu investisiya raundunda startap, Tencent Holding”, “Priceline Group şirkətlərindən və Sequoia Capital fondundan ümumilikdə 4 milyard investisiya əldə etmişdir. “Meutian Dianping” öz ilkin biznes planını dah da genişləndirdi. Şirkətin mobil tətbiqləri sayəsində istifadəçi bir neçə toxunuşla evə və ya ofisə, hazır yemək və ya digər qida məhsulunu, gözəllik xidmətlərini və s. sifariş edə bilər.

    Şirkətin ən məşhur servislərindən biri də avtomobil yumadır. Belə ki, avtomobil dayanacaqda olarkən və onun sahibi işdə ikən avtomobili yuyan şəxs işini görür və avtomobil sahibinə təqdim olunmuş xidmətin keyfiyyətini göstərmək üçün həmin şəxs yuyulmuş avtomobilin fotosunu çəkərək avtomobil sahibinə göndərir. Şirkətin təklif etdiyi xidmətlər online-to offline (O2O) adlanır. Qeyd etmək lazımdır ki, dünyanın ən bahalı startapları siyahısında birinci yeri “Uber”, ikinci yeri “Didi Chuxing”, üçüncü yeri isə “Xiaomi” tutur.
    Paylaş
    Bənzər xəbərlər