Çin hökuməti Alibaba şirkətini 2.8 milyard dollar dəyərində cərimələyib

Çin hökuməti Alibaba şirkətini 2.8 milyard dollar dəyərində cərimələyib

Startup və Biznes
12.04.2021 PAYLAŞIM

    Çinin antimonopoliya təşkilatı Alibaba şirkətini 2.8 milyard dollar dəyərində cərimələyib. Bunun əsas səbəbi isə şirkətin öz rəqibləri üzərində olan üstünlüklərindən sui-istifadə etməsi olub. Bu barədə The Wall Street Journal xəbər verib. Məlumatda qeyd edilib ki, şirkət öz platformalarında olan satıcıların digər platformalar ilə əməkdaşlıq etmələrinə icazə verməyib. Antimonopoliya təşkilatının fikrincə Alibaba-nın biznes praktikası rəqabəti məhdudlaşdırır, innovasiyalara təsir edir, satıcıların hüquqlarını pozur və istehlakçıların maraqlarına təsir göstərir. Çin hökuməti şirkətin biznes modelinin dəyişdirilməsini və 3 il ərzində bu barədə hesabatın təqdim edilməsini tələb edəcək.

    Alibaba şirkəti rəsmi olaraq bildirib ki, o bu cəriməni qəbul edib. Şirkətin top menecerləri bildiriblər ki, Alibaba son 1 il ərzində 20 milyard dollar təmiz mənfəət əldə edib. Buna görə də şirkət cəriməni rahatlıqla ödəyəcək. 2.8 milyard dollar dəyərində olan cərimə şirkətin illik dövriyyəsinin 4%-ni təşkil edir. Məlumata əsasən isə şirkətin son 1 illik dövriyyəsi 72 milyard dollar təşkil edir. Çindəki olan qanunlara əsasən təyin olunmuş cərimənin miqdarı şirkətin ümumi dövriyyəsinin 10%-dən çoxunu təşkil etməməlidir. Qeyd etmək lazımdır ki, Alibaba-ya təyin olunmuş cərimə Çin tarixində ən rekord cərimə olub. Əvvəlki rekord cərimə isə 2015-ci ildə Qualcomm şirkətinə təyin edilmişdi. Həmin cərimənin dəyəri 975 milyon dollar təşkil etmişdi.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İtaliya hökuməti Google şirkətini 102 milyon avro dəyərində cərimələyib..

İtaliyanın antimonopoliya orqanının fikrincə Google şirkəti bazardakı üstünlüklərindən sui-istifadə ..


Google şirkəti Starlink-dən istifadə üçün SpaceX ilə əməkdaşlıq bağlayıb..

Google şirkəti SpaceX ilə əməkdaşlıq müqaviləsi bağlayıb. Sözügedən əməkdaşlıq çərçivəsində Google S..


Elon Musk bir tweet-i ilə bitcoinin qiymətini çökdürdü

Tesla şirkəti öz elektromobillərinin alışı zamanı ödənişi bitcoin ilə qəbul etməkdən imtina edib...


ABŞ hökuməti Xiaomi-yə qarşı olan sanksiyaları ləğv edir

Donald Trump ABŞ prezidenti vəzifəsindən ayrılmamışdan öncə onun Ağ Evdəki administrasiyası Xiaomi-n..


Analitiklər: 'MediaTek mobil prosessorlar bazarında liderliyini qoruyacaq'

Counterpoint Research şirkətinin analitikləri mobil prosessorlar bazarını analiz edərək bu ilin pote..


Digər şirkətlərin şikayətləri nəticəsində NASA ilə SpaceX arasındakı Ay missiyas..

Bir sıra özəl aerokosmik şirkətin şikayətlərindən sonra NASA agentliyi Ay missiyası üçün nəzərdə tut..

×